Previous Next
Bağla

ÜRİS qurumlarla informasiya mübadiləsinə hazırdır

23-04-2016 11:29
ÜRİS qurumlarla informasiya mübadiləsinə hazırdır

“Azərbaycan Respublikasında Ünvan Reyestrinin fəaliyyətini təmin edən informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 1 noyabr 2013-cü il tarixli, 18 nömrəli Fərmanında əks olunan tapşırıqların təmin olunması məqsədilə Əmlak Məsələləri Dövlət Komitəsinin Ünvan Reyestri İnformasiya Sistemi (ÜRİS) “Elektron hökumət” portalına inteqrasiya edilib.

Bakı şəhərinin rayonlarının məkan məlumatları: inzibati ərazi vahidləri, poçt indeksləri, bina poliqonları, torpaq parselləri, yol-küçə şəbəkəsinin rəqəmsal xəritələri Ünvan Reyestri İnformasiya Sisteminə inteqrasiya olunub.

Xeberler.az-ın məlumatına görə, ÜRİS-nin mətn və qrafik bazalarına daxil edilmiş qrafiki məlumatlara əsasən Bakı şəhərində 175 küçə üzrə daşınmaz əmlak obyektlərinə 35000-dən çox giriş və 70000-dən çox daxili ünvan təyin edilərək sistemə daxil edilib. Bu informasiya sistemi təcili tibbi yardım, fövqəladə hallar, poçt və sair xidmətlərin fəaliyyəti zamanı  operativliyin təmin edilməsi, lazımi ünvanların axtarışında vaxt itkisinin qarşısının alınmasını təmin edəcək.

Qeyd edək ki, bu sistemin yaradılmasında başlıca məqsəd Ünvan Reyestri İnformasiya Sistemi ilə digər dövlət orqanlarının malik olduqları informasiya sistemlərinin, inteqrasiyasının müəyyənləşdirilməsi və qarşılıqlı informasiya mübadiləsinin həyata keçirilməsidir.

Ünvan Reyestri İnformasiya Sistemində daşınmaz əmlak obyektlərinin ünvanları barədə toplanmış məlumatlardan “Elektron hökumət” portalına inteqrasiya olunmuş digər qurumlarda  istifadə edə bilərlər. Bu halda Ünvan Reyestri İnformasiya Sisteminin avtomatlaşdırılmış informasiya təminatından səmərəli və praktiki istifadəsi ilə yanaşı, informasiya təhlükəsizliyi də təmin ediləcək.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda Ünvan Reyestri tətbiq edilməyə başlayıb

Azərbaycanda Ünvan Reyestri tətbiq edilməyə başlayıb

06-01-2015
Azərbaycanda ünvan tapmaq asanlaşır

Azərbaycanda ünvan tapmaq asanlaşır

13-06-2016
Azərbaycanda küçə və prospektlərin kodlaşdırılmasına başlanılıb

Azərbaycanda küçə və prospektlərin kodlaşdırılmasına başlanılıb

29-09-2015
Daşınmaz əmlak obyektlərinə ünvan verilməsi necə aparılır?

Daşınmaz əmlak obyektlərinə ünvan verilməsi necə aparılır?

11-04-2019
“Elektron prokurorluq” dövlət resurslarına inteqrasiya olunur

“Elektron prokurorluq” dövlət resurslarına inteqrasiya olunur

28-06-2022
2017-ci ildə bütün ölkə üzrə elektron ünvan xidməti göstəriləcək

2017-ci ildə bütün ölkə üzrə elektron ünvan xidməti göstəriləcək

01-10-2015
Bakıdakı köhnə və yeni ünvanlar dəyişməyəcək

Bakıdakı köhnə və yeni ünvanlar dəyişməyəcək

13-01-2015
Azərbaycanda mənzil nömrələrində dəyişiklik olacaq

Azərbaycanda mənzil nömrələrində dəyişiklik olacaq

11-03-2015
DTX-nin rəqəmsal sistemi dövlət platformalarına inteqrasiya olunur

DTX-nin rəqəmsal sistemi dövlət platformalarına inteqrasiya olunur

09-06-2026
"Dövlət Xidmətlərinin Elektron Reyestri" haqqında Əsasnamə" təsdiqlənib

"Dövlət Xidmətlərinin Elektron Reyestri" haqqında Əsasnamə" təsdiqlənib

06-05-2026
Azərbaycanın ilk rəsmi Ünvan Portalı istifadəyə verilib

Azərbaycanın ilk rəsmi Ünvan Portalı istifadəyə verilib

06-12-2018
Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastr sistemi yaradılacaq

Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastr sistemi yaradılacaq

29-01-2026
Bakının rəqəmsal kadastr xəritəsi yaradılacaq

Bakının rəqəmsal kadastr xəritəsi yaradılacaq

25-09-2013
Ünvan reyestrinin yaradılması “Elektron hökumət” proqramının tərkib hissəsidir

Ünvan reyestrinin yaradılması “Elektron hökumət” proqramının tərkib hissəsidir

23-02-2009
Elm və təhsildə data idarəçiliyi tətbiq ediləcək

Elm və təhsildə data idarəçiliyi tətbiq ediləcək

27-02-2026
“Ərzaq təminatı xəritəsi” informasiya sistemi yaradılıb

“Ərzaq təminatı xəritəsi” informasiya sistemi yaradılıb

25-11-2025
Azərbaycanın ilk rəsmi Ünvan Portalı istifadəyə verilib

Azərbaycanın ilk rəsmi Ünvan Portalı istifadəyə verilib

05-12-2018
Azərbaycan daha bir beynəlxalq tədbirə ev sahibliyi edəcək

Azərbaycan daha bir beynəlxalq tədbirə ev sahibliyi edəcək

06-10-2015
Ölkə ərazisində bütün torpaq məlumatları rəqəmsallaşdırılacaq

Ölkə ərazisində bütün torpaq məlumatları rəqəmsallaşdırılacaq

13-06-2017
Azərbaycanda informasiya sistemlərinin texniki tələblərə uyğunluğu yoxlanılır

Azərbaycanda informasiya sistemlərinin texniki tələblərə uyğunluğu yoxlanılır

21-02-2015
“Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin Siyahısı” genişləndirilib

“Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin Siyahısı” genişləndirilib

21-11-2024
“Elektron hökumət” portalına yeni xidmətlər əlavə edilib

“Elektron hökumət” portalına yeni xidmətlər əlavə edilib

28-08-2015
Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilib.

Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilib.

03-02-2024
Elektron hökumət sahəsində səlahiyyətlər yenidən bu nazirliyə qaytarıldı

Elektron hökumət sahəsində səlahiyyətlər yenidən bu nazirliyə qaytarıldı

24-11-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə