Previous Next
Bağla

Azərbaycanın ilk rəsmi Ünvan Portalı istifadəyə verilib

06-12-2018 14:43
Azərbaycanın ilk rəsmi Ünvan Portalı istifadəyə verilib

Ölkəmizin ilk rəsmi Ünvan Portalı (www.unvanportali.az) istifadəyə verilib. Bu məqsədlə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dekabrın 6-da dövlət qurumlarının, ictimai təşkilatların, naviqasiya şirkətlərinin nümayəndələrinin, əmlak və nəqliyyat ekspertlərinin iştirakı ilə geniş İctimai Təqdimat keçirilib. Tədbirin məqsədi ünvan məsələləri ilə bağlı bütün göstəriciləri bir virtual platformada cəmləşdirən bu portalın istifadə qaydaları, üstünlükləri ilə bağlı ətraflı məlumat vermək, o cümlədən vətəndaşların, dövlət qurumlarının, bələdiyyələrin bu layihədən ala biləcəkləri faydanı izah etməkdir.

Xeberler.az  bildirir ki, Əmlak Məsələləri Dövlət Komitəsinin Aparat rəhbəri Azər Bəşirov çıxış edərək bildirib ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 1 noyabr 2013-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Ünvan Reyestrinin fəaliyyətini təmin edən informasiya sistemi haqqında” əsasnaməyə uyğun olaraq ölkədə müasir Ünvan Reyestri İnformasiya Sistemi (ÜRİS) qurulub. Bu istiqamətdə inkişaf etmiş ölkələrin təcrübələri nəzərdən keçirilib, ən optimal varianta əsasən yeni yanaşmalar tətbiq edilib. Yeni ünvanvermə qaydalarına əsasən, “giriş ünvanı konsepsiyası”ndan istifadə olunur. Ünvanlar binalara yox, binanın hər bir girişinə ayrıca verilir. Bu beynəlxalq standarta cavab verməklə yanaşı, ünvan axtarışına sərf olunan vaxtı minimuma endirir.

İnsanların sosial-məişət həyatının rahatlığına hədəflənən yeni ünvanvermə qaydaları poçt, təcili tibbi yardım, fövqəladə hallar və digər xidmətlərin fəaliyyəti zamanı operativliyi təmin edir. Komitə və yerli icra hakimiyyətləri ilə birgə aparılan işlər nəticəsində respublikanın şəhər və rayon mərkəzlərində 7244 küçə və prospektə, kənd yaşayış məntəqələri üzrə 19 minə yaxın nəqliyyat infrastrukturu obyektlərinə (NİO) yeni adlar verilib və yeni yaradılmış ÜRİS-nə daxil edilib. Hazırda ÜRİS-də respublikanın şəhər, rayon mərkəzləri və qəsəbələri olmaqla ümumilikdə 16155 adlı NİO və onlar üzrə 834 min ədədə yaxın giriş ünvanı, 420 minə yaxın daxili ünvan məlumatları toplanıb.

Artıq elektron idarəçilik müstəvisinə keçən Ünvan Reyestrinin məlumat bazası digər dövlət orqanlarının informasiya sistemləri ilə inteqrasiya edir. Ünvan Portalının istifadəyə verilməsi də bu sahədə mühüm innovativ addımlardandır. Portal ünvanla bağlı bütün məlumatları bir yerdə cəmləşdirən vahid platformadır. Sayt Ünvan Reyestri İnformasiya Sisteminin məlumat bazası əsasında yaradılıb, yeni və köhnə ünvanlar bu məkanda yerləşdirilib. Vətəndaşlar, dövlət qurumları və hüquqi şəxslər ünvanlarla bağlı rəqəmsal şəkildə toplanmış məlumatları rəsmi, fasiləsiz və çevik qaydada Portaldan əldə edə bilirlər.

Bu informasiya resursu Avropada Ünvan Məlumatları İnfrastrukturu (EUARDİN) prinsipləri əsasında hazırlanıb. Ünvan Portalı Milli Məkan Məlumatları İnfrastrukturunun açar veb servislərindən biridir və Milli Məkan Məlumatları İnfrastrukturunun qurulmasına xidmət edir. Portalın istifadəyə verilməsi prosesində dövlət qurumları, ictimai təşkilatlar və mütəxəssislərlə birlikdə müzakirələr aparılıb. Gələcəkdə də saytın daha da təkmilləşdirilməsi ilə bağlı yeni ideya və fikirlər dəyərləndiriləcək.

Daha sonra Ünvan Portalının funksionallığı real rejimdə təqdim olunub. Qeyd edilib ki, istifadəçi portala daxil olaraq öncə ünvanın yerləşdiyi rayonu seçir. Daha sonra rayon daxili qəsəbəni, küçəni, obyektin növünü daxil edərək axtarış bölməsinə seçilir. Ekranda həmin ünvanın virtual olaraq koordinatları əks olunur. “Seçimlər” bölməsinə daxil olmaqla obyektin giriş ünvanı, yerləşdiyi küçə, sərhədləri, parselləri istifadəçiyə bəlli olur. Həmçinin bu bölmədən onlar obyektin yaxınlığında yerləşən yaşayış zolaqlarını, su kanalları, magistral yolları, dəmir yollarını müəyyən edə bilirlər. Eyni zamanda axtarışa verildikdə ictimai obyektlər də avtomatik olaraq əks olunur.

Əgər obyektin yerləşdiyi ünvanın adı istifadəçi üçün yenidirsə, o köhnə ünvana görə də axtarış edə bilir. Bundan başqa istifadəçilər obyekti ünvanla yanaşı koordinata görə də axtarmaq imkanına malikdir. Bu zaman onlar uzunluq və en dairəsini qeyd edirlər. Həmçinin vətəndaşlar olduğu yerdən gedəcəyi ünvana qədər olan məsafəni də müəyyən edə bilirlər. Əsas pəncərənin yuxarısında yerləşmiş “Məlumat” düyməsi vasitəsi ilə istifadəçi onu maraqlandıran müxtəlif suallara cavab tapa bilər və telefon vasitəsilə operatorla birbaşa əlaqə yarada bilər. Daha sonra çıxış edən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin direktoru Elnar Əsədov, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron hökumət və rəqəmsal innovasiyalar şöbəsinin müdiri Ceyhun Salmanov Ünvan portalının bu sahənin inkişafında yeni mərhələ olacağını bildiriblər.

Eyni zamanda, QHT rəhbərləri olan Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz, Konstitusiya Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev Ünvan Portalının istifadəyə verilməsini yüksək qiymətləndiriblər. Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Azərbaycanın ilk rəsmi Ünvan Portalı istifadəyə verilib

Azərbaycanın ilk rəsmi Ünvan Portalı istifadəyə verilib

05-12-2018
Azərbaycanda ünvan tapmaq asanlaşır

Azərbaycanda ünvan tapmaq asanlaşır

13-06-2016
ÜRİS qurumlarla informasiya mübadiləsinə hazırdır

ÜRİS qurumlarla informasiya mübadiləsinə hazırdır

23-04-2016
Azərbaycanda Ünvan Reyestri tətbiq edilməyə başlayıb

Azərbaycanda Ünvan Reyestri tətbiq edilməyə başlayıb

06-01-2015
Bakıdakı köhnə və yeni ünvanlar dəyişməyəcək

Bakıdakı köhnə və yeni ünvanlar dəyişməyəcək

13-01-2015
Azərbaycanda küçə və prospektlərin kodlaşdırılmasına başlanılıb

Azərbaycanda küçə və prospektlərin kodlaşdırılmasına başlanılıb

29-09-2015
Azərbaycanda mənzil nömrələrində dəyişiklik olacaq

Azərbaycanda mənzil nömrələrində dəyişiklik olacaq

11-03-2015
Daşınmaz əmlak obyektlərinə ünvan verilməsi necə aparılır?

Daşınmaz əmlak obyektlərinə ünvan verilməsi necə aparılır?

11-04-2019
Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın növbəti toplantısı keçirilib

Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın növbəti toplantısı keçirilib

27-11-2018
2017-ci ildə bütün ölkə üzrə elektron ünvan xidməti göstəriləcək

2017-ci ildə bütün ölkə üzrə elektron ünvan xidməti göstəriləcək

01-10-2015
Əmlak Xidmətləri Məkanı ictimaiyyət nümayəndələri və medianın gözü ilə adlı info-tur və açıq qapı günü keçirilib

Əmlak Xidmətləri Məkanı ictimaiyyət nümayəndələri və medianın gözü ilə adlı info-tur və açıq qapı günü keçirilib

12-02-2019
Bakının rəqəmsal kadastr xəritəsi yaradılacaq

Bakının rəqəmsal kadastr xəritəsi yaradılacaq

25-09-2013
Elektron hərracda bütün növ əmlaklar özəlləşdiriləcək

Elektron hərracda bütün növ əmlaklar özəlləşdiriləcək

20-06-2017
Əmlakın qeydiyyatı ilə bağlı xidmət haqqı və dövlət rüsumu nə qədərdir?

Əmlakın qeydiyyatı ilə bağlı xidmət haqqı və dövlət rüsumu nə qədərdir?

23-01-2019
AzNav istifadəçilərin sayı 270 mini ötüb

AzNav istifadəçilərin sayı 270 mini ötüb

17-01-2018
Naviqasiya sistemindən istifadə sayı 100 minə çatır

Naviqasiya sistemindən istifadə sayı 100 minə çatır

24-07-2017
Əmlak Məsələləri Dövlət Komitəsində 2018-ci ilin yekunlarına həsr edilmiş müşavirə keçirildi

Əmlak Məsələləri Dövlət Komitəsində 2018-ci ilin yekunlarına həsr edilmiş müşavirə keçirildi

28-01-2019
Əmlak Məsələləri Dövlət Komitəsində geniş müşavirə keçirilib

Əmlak Məsələləri Dövlət Komitəsində geniş müşavirə keçirilib

15-04-2019
Xaricdə yaşayan azərbaycanlılar necə elektron müraciət edə bilər?

Xaricdə yaşayan azərbaycanlılar necə elektron müraciət edə bilər?

25-12-2015
 Vektor Bakı  Xəritə axtarış sistemində regionlarla bağlı məlumatlar da olacaq

Vektor Bakı Xəritə axtarış sistemində regionlarla bağlı məlumatlar da olacaq

02-07-2015
Ekspert: Rəqəmsal torpaq xəritələri varmı, Milli Məkan Məlumatları infrastrukturu qurulacaqmı ?

Ekspert: Rəqəmsal torpaq xəritələri varmı, Milli Məkan Məlumatları infrastrukturu qurulacaqmı ?

16-04-2021
Daşınmaz əmlakla bağlı məlumatın verilməsi necə həyata keçirilir?

Daşınmaz əmlakla bağlı məlumatın verilməsi necə həyata keçirilir?

15-03-2019
Google istifadəçilərə ünvanlarını dəyişmək imkanı verib

Google istifadəçilərə ünvanlarını dəyişmək imkanı verib

25-12-2025
Azərbaycanda yeni naviqasiya sistemi fəaliyyətə başladı

Azərbaycanda yeni naviqasiya sistemi fəaliyyətə başladı

23-02-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə