Previous Next
Bağla

Azərbaycanda yeni elektron tədris idarəetmə sisteminin tətbiqinə başlanıb

18-09-2014 14:15
Azərbaycanda yeni elektron tədris idarəetmə sisteminin tətbiqinə başlanıb
Azərbaycanda təhsil sahəsində müasir informasiya idarəetmə sistemlərinin tətbiqi davam etdirilir. Yüksək Texnologiyalar Parkında fəaliyyət göstərən Azərbaycan İT şirkəti "Neuron Technologies" növbəti uğurlu layihəsinə start verib.

Şirkət tərəfindən ali təhsil müəssisələrində tədris prosesinin Bolonya sisteminə uyğun təşkilini təmin edən elektron idarəetmə sistemi hazırlanıb.

2014-cü ilin yeni tədris ilində bu sistemin ölkəmizdə ilk dəfə Dövlət Gömrük Komitəsinin Akademiyasında uğurlu tətbiqinə başlanıb. Sistemin tətbiqi üzrə layihə çərçivəsində "Neuron Technologies" şirkəti tərəfindən Akademiyada server avadanlığı quraşdırılıb, internet şəbəkəsi yaradılıb, dinamik veb-portal və proqram təminatı hazırlanıb.

Şirkətin rəhbəri İsmayıl Ələkbərovun bildirdiyinə görə, bu yeni sistemi digər mövcud elektron sistemlərdən fərqləndirən əsas cəhətlər onun çoxsaylı kateqoriyalarda hesabatların bir toxunuşla əldə edilməsi, dərs cədvəllərinin “drag & drop” çəkib dartma üsulu vasitəsilə tərtibi, tədris materiallarının audio, video və digər formatlarda tələbələrə onlayn əlçatan olması, universitet kontingenti arasında ierarxik sistem üzrə sosial şəbəkə forumlarının aparılması, e-imtahanların keçirilməsi, yazılı imtahan vərəqələrinin barkod oxuma sistemi vasitəsilə insan müdaxiləsi olmadan təşkili və digər innovativ funksiyalara malik olmasıdır.

Sistem nüfuzlu beynəlxalq İKT təsisatlarının diqqətini də cəlb edib. Belə ki, bu sistemin 2014-cü ilin noyabrında Dublində keçiriləcək il ərzində ən böyük texnologiya tədbiri “Web-Summit 2014” qlobal sərgi-konfransında “start-up” layihə qismində təqdimatı nəzərdə tutulub. Beynəlxalq ekspertlərə görə, sözügedən sistem innovativlik və multi-funksional parametrləri baxımından Avropanın aparıcı universitetlərində hazırda tətbiq edilməkdə olan bir sıra analoji sistemlərlə müqayisə edilə bilər. Sevindirici haldır ki, proqram təminatı ölkəmizin yerli mütəxəssisləri tərəfindən hazırlanıb.

İnteraktiv proqram təminatı Oracle/Java texnologiyası üzərində qurulub və 40-a qədər moduldan ibarətdir. Sistem vasitəsilə tələbə və müəllim heyətinin qeydiyyatı, onların idarə olunması, tədris planlarının, fənlərin dərs cədvəllərinin yaradılması, tələbələrin qiymətləndirilməsi, imtahanların, tələbələr arasında sorğuların keçirilməsi, daxili yazışmaların və forumların, habelə kitabxana işinin və mühasibatlığın aparılması avtomatlaşdırılır və elektron qaydada təşkil olunur. Tələbələr, həmçinin valideynlər istənilən vaxt və istənilən yerdən fərdi idendifikator və parolları ilə sözügedən tədris idarəetmə sisteminə mobil qaydada daxil olub müvafiq məlumatları əldə edə bilərlər. Proqram təminatına tələbə və müəllimlərin universitetin inzibati binasına giriş və çıxışları üzrə ağıllı kart sistemi də inteqrasiya edilib. Sistemə, həmçinin bulud texnologiyasına əsaslanan "Microsoft Office 365" platformasının inteqrasiyası nəzərdə tutulub.

"Neuron Technologies" şirkəti ölkəmizin təhsil sistemində müasir İKT-nin tətbiqi məsələsini prioritet istiqamət kimi müəyyən edib. Qabaqcıl texnologiyaların və idarəetmə üsullarının, innovasiyaların ölkəmizin universitetlərinin həyatına tətbiqinə başlanılıb. Şirkətin məqsədi şəffaf və səmərəli təhsil mühitinin yaradılması, təhsilin keyfiyyətinin yüksəldilməsi və universitetlərin idarə olunmasının müasir tələblər səviyyəsində qurulması üçün innovativ texnologiyaların təqdim edilməsidir.

Yeni sistemin universitetlərimizdə tətbiqi ilə təhsilin bütün mərhələləri informasiyalaşdırılacaq, şəffaflıq tam təmin ediləcək və tədrisin keyfiyyəti yüksələcək. Ölkəmizin bir sıra digər ali təhsil müəssisələri bu innovativ sistemin tətbiqinə maraq göstərib. "Neuron Technologies" şirkəti ilə həmin universitetlər arasında müzakirələrə başlanıb. (trend.az)
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

2014-cü il üçün “Elektron Təhsil” müsabiqəsi başlayır

13-05-2014

Azərbaycan İlahiyyat İnstitutunda Unibook sisteminin tətbiqinə başlanılıb

14-02-2019

“Elektron Təhsil” Respublika müsabiqəsinə 230 layihə təqdim olunub

08-05-2013

Universitetlərdə yazılı imtahanlar elektronlaşdırılır

03-06-2016

Azərbaycanın təhsil sistemində yenilik

13-09-2016

Azərbaycanın İT şirkəti Tacikistanda vergi informasiya sisteminin tətbiqinə başlayıb

05-09-2013

Regionlarda texnologiyaların tətbiqi genişlənir

09-11-2017

“Nar Mobile” təhsil müsabiqələrinə dəstək verməyə davam edir

28-08-2013

Azərbaycanın İT şirkəti məhsullarını xarici bazara çıxarır

08-01-2016

“Ağıllı” telefon sahibləri “Photoshop”dan istifadə edə biləcəklər

28-02-2013

Azərbaycanda ilk dəfə sığorta polislərinin online satışı həyata keçirilir

01-05-2009

Məktəblər hesabatları elektron formada təhvil verəcəklər

27-02-2013

Azərbaycanın İT şirkəti beynəlxalq biznes mükafatının qalibi olub

21-07-2015

Azərbaycan Prezidentinin rəsmi saytının “Android” əməliyyat sistemi üçün mobil əlavəsi istifadəyə verilib

23-04-2013

İsveçrədə Azərbaycan pavilyonunda ilk telefon tərcüməçi sistemi nümayiş etdirilib

05-10-2009

“Xarici tədris idarəetmə sistemləri yerli universitetlərin tələblərinə cavab vermir”

18-03-2015

Bu universitetdə də tələbə imtahan cavabını onlayn öyrənəcək

17-01-2018

Təhsil Nazirliyində “Peşə Seçiminə Dəstək Sistemi” portalının təqdimatı olub

01-04-2013

Tədris-İnnovasiya Mərkəzi ixtisasartırma kursları təşkil edib

14-07-2011

Azərbaycan təhsilində İKT-nin tətbiqi Moldovada keçirilən İKT sammitində müzakirə olundu

26-04-2013

RİTN abituriyentləri İnformasiya Texnologiyaları Universitetinə dəvət edir

01-08-2013

“*.az” domen zonasında onlayn qeydiyyat sistemi istifadəyə veriləcək

12-03-2013

Azərbaycanda “İnnovativ müəllimlər” müsabiqəsi keçirilir

13-01-2009

Ən təhlükəsiz brauzerlər məlum olub

16-03-2013





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə