Previous Next
Bağla

Azərbaycanda Yeni Nəsil İqtisadiyyat Strategiyasının əsas istiqamətləri açıqlanıb

21-09-2023 11:51
Azərbaycanda Yeni Nəsil İqtisadiyyat Strategiyasının əsas istiqamətləri açıqlanıb

Azərbaycanda hazırlanan Yeni Nəsil İqtisadiyyat Strategiyasına “Big data”, süni intellekt, "Əşyaların interneti", rəqəmsal marketinq, dron texnologiyalarının tətbiqi və digər rəqəmsal iqtisadiyyatın inkişafı üçün zəruri hesab edilən istiqamətlər daxil edilib.

Xeberler.az məlumat verir, bu barədə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Beynəlxalq Kibertəhlükəsizlik Günləri Konfransında (İCSD 2023) bildirib.

"Bunların uğurlu və dayanıqlı tətbiqi üçün kibertəhlükəsizlik baxımından kadr potensialının hazırlanması da zəruri məsələlərdəndir. Ölkəmizin kibertəhlükəsizlik sahəsində qarşıda qoyulan məqsədlərə nail olması üçün lazımi normativ-hüquqi baza hazırlanıb”, - S.Məmmədov bildirib.

Onun sözlərinə görə, Azərbaycan Prezidentinin 2022-ci il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planına əsasən, Rəqəmsal İqtisadiyyat Strategiyasının hazırlanması, bu sahə üzrə inkişafın təmin edilməsi üçün görüləcək işlərin effektiv koordinasiyasının təmin olunması məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən Rəqəmsal İqtisadiyyat Strategiyasının hazırlanması üzrə İşçi qrup yaradılıb. O bildirib ki, layihə sənədi İşçi qrupun üzvlərinə (İqtisadiyyat Nazirliyi və tabeliyindəki qurumlar da daxil olmaqla 17 qurum təmsil olunur) təqdim olunub.

Nazir müavini əlavə edib ki, hazırda Şərqi Zəngəzurda, Qarabağda geniş yenidənqurma işləri həyata keçirilir: "Məqsəd işğaldan azad olunan ərazilərin ölkə iqtisadiyyatına inteqrasiyasıdır. Bu baxımdan rəqəmsallaşma tədbirləri də ön plana çıxır. Rəqəmsal iqtisadiyyatın tətbiqi üçün kibertəhlükəsizliyin təminatı çox vacindir".

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Sahib Ələkbərov: Azərbaycanda İnformasiya və kibertəhlükəsizlik laboratoriyaları yaradılacaq

19-09-2024

İlin sonuna qədər Azərbaycanda Rəqəmsal İqtisadiyyat Strategiyası təsdiqlənəcək

21-09-2023

Azərbaycanda Rəqəmsal İqtisadiyyatın İnkişafı üzrə Strategiya hazırlanır

29-11-2022

4SİM: "Milli süni intellekt strategiyası üçün yol xəritəsi tərtib olunub"

13-04-2023

Kibercinayətkarlığın qlobal iqtisadiyyata vurduğu ziyanın məbləği açıqlanıb

19-09-2024

Azərbaycan Rəqəmsal İqtisadiyyat üzrə İnnovasiya Forumuna qatılıb

07-11-2025

4sim: Rəqəmsal İqtisadiyyatın İnkişafı üzrə Strategiyanın icrasına 2025-ci ildə başlanılacaq

09-10-2024

"İqtisadi artım üzrə işçi qrupu"nun iclası keçirilib

04-02-2026

RİNN-də Çadın rabitə, rəqəmsal iqtisadiyyat və rəqəmsallaşma naziri ilə görüş keçirilib

29-01-2026

Sığorta bazarında blokçeyn texnologiyalar tətbiq ediləcək

30-11-2022

Azərbaycan SPECA İqtisadi Forumunda təmsil olunub

22-01-2026

Azərbaycan "Microsoft"la Rəqəmsal Bacarıq Mərkəzinin yaradılmasını müzakirə edib

11-02-2026

Rəqəmsal bacarıqlar üzrə vahid platforma qurulacaq

12-12-2025

Azərbaycanda 5G Strategiyasının hazırlanması ilə bağlı İşçi Qrupu yaradılıb

12-06-2023

Samir Məmmədov: Kibertəhlükəsizlik Mərkəzi milli kibertəhlükəsizlik ekosistemini gücləndirir

09-02-2026

Azərbaycanda kağız daşıyıcılardan imtina olunacaq

16-01-2025

Azərbaycan iqtisadiyyatında rəqəmsallaşmanın tətbiqi sürətləndiriləcək.

05-12-2023

Rəqəmsal iqtisadiyyata həsr olunan III Beynəlxalq elmi konfrans keçiriləcək

19-07-2023

"İnnovasiya fəaliyyəti haqqında” qanun layihəsi hökumətə təqdim edilib

11-07-2025

Nazir müavini: Rəqəmsal iqtisadiyyata keçidin sürətləndirilməsi prioritetdir

02-12-2025

Nazir müavini Gürcüstanda keçirilən Beynəlxalq Rəqəmsal Bağlantı Sammitində iştirak edib

14-09-2022

Allahverən İsmayılov: Hakerlər ən çox fərdi, maliyyə məlumatlarını və dövlət sirlərini hədəf alırlar

19-09-2024

İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair İşçi qrupu yaradıldı

13-01-2024

Əşyaların interneti üzrə tədbir təşkil edilib

30-03-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə