Previous Next
Bağla

Botanika İnstitutunun veb-saytı yeniləndi

08-06-2017 11:58
Botanika İnstitutunun veb-saytı yeniləndi

AMEA Botanika İnstitutunda qurumun veb-saytının yeni versiyasının təqdimat mərasimi keçirilib.

Xeberler.az-ın məlumatına görə, tədbirdə AMEA İnformasiya Texnologiyaları İnstitutunun mütəxəssisləri və AMEA Botanika İnstitutunun məsul şəxsləri iştirak edirdilər.

Öncə İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri Gülnarə Nəbibəyova çıxış edərək Botanika İnstitutunun www.botany.az veb-saytı haqqında ətraflı məlumat verib.

G.Nəbibəyova institutun mütəxəssisləri tərəfindən hazırlanmış saytın AR Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının internet informasiya ehtiyatlarının yaradılması və idarə edilməsinə dair Tələblər”ə və AR Xüsusi Dövlət Mühafizə Xidmətinin tələblərinə uyğun hazırılandığını bildirib.

Qeyd etdi ki, Azərbaycan, rus və ingilis dillərində təqdim olunan saytın Ana səhifəsi “İnstitut haqqında”, “Elmi fəaliyyət”, “Herbari fondu”, “Alim və mütəxəsssislər”, “Şuralar”, “Muzey”, “Elmi nəşrlər” və “Qalereya” bölmələrindən ibarətdir. Onun sözlərinə görə, ən son texnologiyalar əsasında yaradılmış saytda əhatəli axtarış sistemi, saytın xəritəsi və faydalı linklər də mövcuddur.

Sonra institutun sektor müdiri Əfruz Qurbanova www.botany.az-ın informasiya siyasəti haqqında çıxış edib.

O,  bildirib ki, veb-saytda institutun əməkdaşlarının elmi fəaliyyəti haqqında məlumatların yerləşdirilməsi Azərbaycanda botanika elmi sahəsində əldə olunmuş nailiyyətlərin beynəlxalq elmi ictimaiyyət tərəfindən tanınmasında mühüm rol oynayır. Ə.Qurbanova saytın “Xəbərlər” bölməsində institutun fəaliyyəti, burada təşkil olunan tədbirlər, görüşlər, yeni nəşrlər, müsahibələr, çıxışlar, xarici səfərlər və s. dair məlumatların yerləşdirilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıb.

İnstitutun proqramçısı Sərxan Yolçuyev veb-saytın təhlükəsizlik tələbləri və proqram təminatına dair çıxış edib. O, www.botany.az saytının təhlükəsizliyinin tam şəkildə təmin olunduğunu qeyd edən S.Yolçuyev saytın AzScienceNet Elm Kompüter Şəbəkəsinin Data Mərkəzində yerləşdirildiyini vurğulayıb.

O, Botanika İnstitutunun Avropa Virtual Məlumat Bazasına daxil edilmiş dəyərli herbari nüsxələri haqqında məlumat və şəkillər ilə veb-saytın “Herbari Fondu” bölməsində tanış olmağın mümkünlüyünü qeyd etdi. Həmçinin saytın geniş axtarış imkanlarına malik olduğunu nəzərə çatdırıb.

Sonra çıxış edən Botanika İnstitutunun direktoru, akademik Validə Əlizadə müasir tələblərə uyğun hazırlanmış veb-saytın yeni versiyasının ərsəyə gəlməsində göstərdikləri dəstəyə görə İnformasiya Texnologiyaları İnstitutunun mütəxəssislərinə təşəkkürünü bildirib.

 Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Şəki Regional Elmi Mərkəzin saytı yeniləndi

Şəki Regional Elmi Mərkəzin saytı yeniləndi

03-07-2017
Şamaxı Astrofizika Rəsədxanasının  saytı yenilənib

Şamaxı Astrofizika Rəsədxanasının saytı yenilənib

17-07-2017
Kimya jurnalının saytı təqdim edildi

Kimya jurnalının saytı təqdim edildi

29-06-2017
Dəniz Akademiyasının veb-saytı yeniləndi

Dəniz Akademiyasının veb-saytı yeniləndi

02-04-2018
 Milli Ensiklopediya ilə bağlı 2 yeni sayt təqdim edildi

Milli Ensiklopediya ilə bağlı 2 yeni sayt təqdim edildi

30-05-2017
Ədəbiyyat İnstitutunun saytı yenilənib

Ədəbiyyat İnstitutunun saytı yenilənib

18-05-2017
İnformasiya Texnologiyaları İnstitutunun saytı yenilənib

İnformasiya Texnologiyaları İnstitutunun saytı yenilənib

20-04-2016
Dövlət Dəniz Akademiyasının yeni veb-saytı təqdim olundu

Dövlət Dəniz Akademiyasının yeni veb-saytı təqdim olundu

10-05-2016
Bu idarələr yeni sayt təqdim etdi

Bu idarələr yeni sayt təqdim etdi

23-04-2018
Transliterasiya veb-saytının ilkin versiyasının təqdimatı keçirildi

Transliterasiya veb-saytının ilkin versiyasının təqdimatı keçirildi

01-02-2019
AMEA-nın elmi bölmələrinin veb-saytları təqdim olunub

AMEA-nın elmi bölmələrinin veb-saytları təqdim olunub

10-04-2016
Veb-saytların monitorinqi aparılıb

Veb-saytların monitorinqi aparılıb

17-09-2015
“Ən son texnologiyalarla veb-saytlar hazırlanır”

“Ən son texnologiyalarla veb-saytlar hazırlanır”

07-10-2016
Elmi müəssisə və təşkilatların veb-saytlarının fəaliyyəti genişləndirilir

Elmi müəssisə və təşkilatların veb-saytlarının fəaliyyəti genişləndirilir

21-02-2016
AMEA veb-saytların monitorinq nəticəsini açıqlayıb

AMEA veb-saytların monitorinq nəticəsini açıqlayıb

06-02-2016
ADA-nın İnformasiya Texnologiyaları və Mühəndislik İnstitutunun saytı hazırlanır

ADA-nın İnformasiya Texnologiyaları və Mühəndislik İnstitutunun saytı hazırlanır

04-08-2015
Elmi jurnalın saytı necə işlənilməlidir?

Elmi jurnalın saytı necə işlənilməlidir?

29-09-2017
İnformasiya Texnologiyaları İnstitutunun yubileyi keçiriləcək

İnformasiya Texnologiyaları İnstitutunun yubileyi keçiriləcək

23-07-2020
AMEA-nın televiziyası fəaliyyətə başlayır

AMEA-nın televiziyası fəaliyyətə başlayır

23-11-2015
Xaricdəki alimlərimiz haqda məlumatlar bir araya toplanacaq

Xaricdəki alimlərimiz haqda məlumatlar bir araya toplanacaq

12-04-2017
Ədəbiyyat Muzeyinin veb-saytı yenilənib

Ədəbiyyat Muzeyinin veb-saytı yenilənib

29-09-2016
Milli Terminoloji veb-portal təqdim edilib

Milli Terminoloji veb-portal təqdim edilib

07-03-2018
İnformasiya Texnologiyaları İnstitutunda Elmi Şuranın iclası keçirilib

İnformasiya Texnologiyaları İnstitutunda Elmi Şuranın iclası keçirilib

20-04-2012
İnformasiya Texnologiyaları İnstitutunda son zamanlar həyata keçirilmiş işlərin təqdimatı olub

İnformasiya Texnologiyaları İnstitutunda son zamanlar həyata keçirilmiş işlərin təqdimatı olub

16-04-2012





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə