Previous Next
Bağla

Bu idarələr yeni sayt təqdim etdi

23-04-2018 14:48
Bu idarələr yeni sayt təqdim etdi

AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsi və Beynəlxalq əlaqələr idarəsinin veb-saytlarının təqdimatı keçirilib.

Bu barədə Xeberler.az-a AMEA-dan məlumat verilib.

Rəyasət Heyətində baş tutan tədbirdə AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev institutun mütəxəssisləri tərəfindən hazırlanmış hər iki saytın AR Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının internet informasiya ehtiyatlarının yaradılması və idarə edilməsinə dair Tələblər”ə və AR Xüsusi Dövlət Mühafizə Xidmətinin tələblərinə uyğunlaşdırıldığını, təhlükəsizliyin tam şəkildə təmin olunduğunu qeyd edib.

R.Əliquliyev veb-saytların müasir tələblər əsasında yaradıldığını diqqətə çatdıraraq AMEA-da elm və təhsil sahəsində həyata keçirilən tədbirlərin əhəmiyyətinin önə çəkilməsi və beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsində hər iki resursun mühüm rol oynayacağına əminliyini ifadə edib.

Sonra İnformasiya Texnologiyaları İnstitutunun proqramçısı Sərxan Yolçuyev  Elm və Təhsil idarəsinin veb-saytını təqdim edib.

Bildirib ki, 3 dildə (Azərbaycan, ingilis, rus) fəaliyyət göstərəcək sayt “Ana səhifə”, “İdarə haqqında”, “Rəsmi sənədlər”, “Xəbərlər”, “Elanlar”, “Əlaqə” və s. bölmələrindən ibarətdir. Saytın “Qalereya” bölməsində akademiyada təşkil olunan mühüm tədbirləri əks etdirən foto və video materialların yerləşdirilməsi nəzərdə tutulur. Həmçinin burada geniş axtarış sistemi və sosial şəbəkələrə keçidlər yer alıb.

AMEA-da son dövrlər əsaslı islahatlar aparıldığını söyləyən AMEA-nın müxbir üzvü Əminağa Sadıqov elmi müəssisə və təşkilatların veb-saytlarının yaradılmasının bu islahatların yeni bir mərhələsi olduğunu vurğulayıb.

Alim son illər rəhbərlik etdiyi idarədə həyata keçirilən mühüm tədbirlərin elmi ictimaiyyətə çatdırılması zərurətinin ortaya çıxdığını, bu məqsədlə qurumun veb-saytının yaradılmasının xüsusi əhəmiyyət kəsb etdiyini dedi. Onun sözlərinə görə, idarənin veb-saytının fəaliyyətə başlaması qurumda informasiya dəstəyi funksiyasını yerinə yetirəcək.

Ə.Sadıqov veb-saytın yaradılmasında göstərdikləri köməyə görə akademik Rasim Əliquliyevə və institutun əməkdaşlarına öz təşəkkürünü bildirib.

Beynəlxalq əlaqələr idarəsinin veb-saytını təqdim edən  S.Yolçuyev bu resursun 3 dildə (Azərbaycan, ingilis və rus) fəaliyyət göstərəcəyini qeyd etdi. Bildirdi ki, veb-sayt “Ana səhifə”, “Sənədlər”, “Xəbərlər və Elanlar”, “Təşkilatlar”, “Akademik qurumlar” və s. bölmələrdən ibarətdir. Saytda həmçinin beynəlxalq proqramlar, ərizə formaları, “Horizon 2020” bölmələri, geniş axtarış sistemi, sosial şəbəkələrə keçidlər yer alıb.

İdarənin rəhbəri Esmira Əlimirzəyeva çıxış edərək veb-saytın üstünlüklərindən söz açdı. Onun dizayn, proqram və informasiya təminatı baxımından yüksək səviyyədə hazırlandığını qeyd edərək institutun əməkdaşlarına təşəkkürünü bildirib.

Daha sonra Elm və Təhsil idarəsinin əməkdaşı Turan İsazadəyə Elm və təhsil idarəsinin veb-saytının, Beynəlxalq əlaqələr idarəsinin əməkdaşları Məlahət Qurbanova və Raifə Əhmədovaya Beynəlxalq əlaqələr idarəsinin veb-saytının idarə olunması üzrə təlim kursunu müvəffəqiyyətlə başa vurduqlarına görə AMEA İnformasiya Texnologiyaları İnstitutunun sertifikatları təqdim olunub.

Xeberler.az

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Dəniz Akademiyasının veb-saytı yeniləndi

02-04-2018

Botanika İnstitutunun veb-saytı yeniləndi

08-06-2017

Kimya jurnalının saytı təqdim edildi

29-06-2017

Şəki Regional Elmi Mərkəzin saytı yeniləndi

03-07-2017

AMEA-nın elmi bölmələrinin veb-saytları təqdim olunub

10-04-2016

İnformasiya Texnologiyaları İnstitutunun saytı yenilənib

20-04-2016

Şamaxı Astrofizika Rəsədxanasının saytı yenilənib

17-07-2017

Ədəbiyyat İnstitutunun saytı yenilənib

18-05-2017

Milli Ensiklopediya ilə bağlı 2 yeni sayt təqdim edildi

30-05-2017

Dövlət Dəniz Akademiyasının yeni veb-saytı təqdim olundu

10-05-2016

AMEA-nın veb-saytlarının monitorinqi keçiriləcək

15-07-2015

Transliterasiya veb-saytının ilkin versiyasının təqdimatı keçirildi

01-02-2019

Veb-saytların monitorinqi aparılıb

17-09-2015

Elmi müəssisə və təşkilatların veb-saytlarının fəaliyyəti genişləndirilir

21-02-2016

AMEA-nın televiziyası fəaliyyətə başlayır

23-11-2015

AMEA veb-saytların monitorinq nəticəsini açıqlayıb

06-02-2016

AMEA-nın veb-portalının yeni versiyası hazırlanıb

04-03-2015

“Ən son texnologiyalarla veb-saytlar hazırlanır”

07-10-2016

AMEA-da yeni informasiya sistemləri yaradılır

19-01-2017

AMEA ilin ən yaxşı veb-saytlarını açıqladı

10-03-2017

AMEA-da Magistratura şöbəsi yaradılır

07-09-2016

“Elmi problemlər reyestri” informasiya sistemi yaradılır

25-02-2016

AMEA-nın veb-portalının monitorinqi keçiriləcək

21-09-2016

Elektron elmin inkişafı müzakirə olunub

18-01-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə