“Azercell” abunəçilərinin yüksəksürətli mobil internetə olan ehtiyacını ödəməyə hazırdır

19-03-2020 / 20:43

“Azercell”, “Nokia AirScale Radio Access” və “Cloud-based NetAct” idarəetmə həlləri vasitəsilə ölkə daxilində davamlı əlaqə təqdim edir

Xeberler.az bildirir ki, müştərilərini yeni nəsil rəqəmsal həllər vasitəsilə dünyaya daha yaxın etməyi öhdəsinə götürən “Azercell Telekom” MMC hazırkı qlobal vəziyyətdə sürətli mobil internetə kəskin artan tələbatı ödəməyə hazırdır. 5G kimi qabaqcıl texnoloji yeniliklərin tətbiqi ilə yanaşı, “Azercell” 4G şəbəkəsini ölkənin bütün bölgələrində inkişaf etdirməyə davam edir. 2018-ci ilin dekabrından etibarən “Azercell” 4G ilə coğrafi əhatə dairəsini 366 faiz artırmağı bacarıb və 2019-cu ilin sonunadək əhalinin əhatə dairəsində 120 faiz artım əldə edib. Ümumilikdə şirkət tərəfindən 1217-si yeni olmaqla 1617 baza stansiyası quraşdırılıb. Onlardan 4G şəbəkəsində işləyənlər. “Azercell” şəbəkələri vasitəsilə ötürülən İnternet trafikinin həcmi 304 faiz artıb ki, bu da rabitə keyfiyyətinin genişlənməsi ilə istehlakın artdığını sübut edir. Bütün ölkə üzrə ümumilikdə 1617 yeni radiobaza stansiyası quraşdırılıb ki, onların da 1217-sini 4G şəbəkəsi üzərindən çalışan saytlar təşkil edir. “Azercell” şəbəkələri vasitəsilə ötürülən İnternet trafikinin həcmi 304 faiz artıb ki, bu da rabitə keyfiyyətinin genişlənməsi ilə istehlakın artdığını sübut edib.

Bazarda ən az gecikmə və yüksək qoşulma qabiliyyəti təklif edərək “Nokia AirScale” bu nailiyyətlərə və daha artığına bütün texnologiyaları eyni radio avadanlığında tətbiq etməklə nail olub. “AirScale Radio Access”, “Azercell”in ən yaxın gələcəkdə 5G şəbəkəsinə qədər problemsiz və asan şəkildə texnoloji yüksəliş əldə etməyə imkan verəcək ilk hərtərəfli kommersiya həllidir.

"Nokia Xəzər telekom bazarının ehtiyaclarını anlayır və biz burada hərtərəfli texnoloji həll yollarını inkişaf etdirməyə davam edirik. Azərbaycanda 5G texnologiyasında problemsiz bir təkamül təmin edərək ən son yeniliklərimizi təqdim etməkdən məmnunuq”, - deyə “Nokia”nın Xəzəryanı ölkələr üzrə müştərilərlə əlaqələr qrupunun müdiri Cankurt Uğurlu bildirib.

“4.5 milyon istifadəçinin seçimi olan “Azercell” Azərbaycanın bütün bölgələrinin sakinlərini bərabər texnoloji imkanlarla təmin etmək, təklif etdiyi yüksəksürətli internet sayəsində ən son innovasiyaları onların istifadəsinə vermək məqsədi ilə ölkə boyu 4G şəbəkəsini gücləndirib və genişləndirib. Qürur hissi ilə qeyd etmək lazımdır ki, “Systemics” Avropa şirkətinin Azərbaycanda keçirdiyi müstəqil bençmarkinq testi “Azercell”in ölkənin bütün bölgələrində ən yüksək keyfiyyətli 4G xidmətlərini təmin etdiyini təsdiqləyib”, - deyə “Azercell”in Şəbəkə Texnologiyaları departamentinin direktoru Marat Həmidov qeyd edib.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə