Previous Next
Bağla

“Nokia” şirkəti Azərbaycanın mobil operatoru haqqında yazıb

19-09-2020 17:15
“Nokia” şirkəti Azərbaycanın mobil operatoru haqqında yazıb

“Nokia” şirkəti Azərbaycanın mobil operatoru "Azercell Telecom" MMC-nin 4G şəbəkəsinin əhatə dairəsini genişləndirdiyini elan edib. Belə ki, şirkət Azərbaycan ərazisində 1400 məntəqədə özünün “AirScale” 4G baza stansiyalarını quraşdıracaq. “Nokia”nın “AirScale Radio Access” həlləri “Azercell”ə artan tələbatı qarşılayacaq yüksəksürətli mobil bağlantı, həmçinin gələcəkdə rahat miqrasiya xətti ilə təmin edəcək. “Nokia” bu müqavilədə yeganə təchizatçı kimi çıxış edir və əvvəlki təchizatçını əvəz edərək şirkətin şəbəkəsinin daha da təkmilləşdirilməsində iştirak edəcək.

Xeberler.az bildirir ki, bu, 4G şəbəkəsinin əhatə dairəsinin paytaxtdan kənarda genişləndirilməsi istiqamətində icra olunan ilk genişmiqyaslı regional layihədir. “Azercell” “Nokia”nın “Single RAN” həllindən istifadə edəcək. Bu həll yüksək qoşulma qabiliyyəti və bazarda ən az gecikmə təklif edən ilk hərtərəfli kommersiya həllidir. “Single RAN” mürəkkəbliyi azaldacaq, xərcləri optimallaşdıracaq və proqramın yenilənməsi ilə gələcəkdə daha asan şəkildə texnoloji yüksəliş əldə etməyə imkan verəcək.

“Azercell”, eyni zamanda, “Nokia”nın “NetAct Cloud” adlı şəbəkə idarəetmə sistemini də tətbiq edəcək. Bu sistem bulud əsaslıdır, yalnız proqram təminatı ilə xidmət üzrə müştəri tələblərinə cavab verir. “NetAct” bulud şəbəkə idarəetmə sistemindən istifadə edəcək. Bu sistem daha çox çeviklik və daha aşağı əməliyyat xərcləri ilə bağlı digər IT və telekom sistemləri ilə eyni məlumat mərkəzi platformalarında istifadə olunur. “NetAct” həm radio, həm də əsas şəbəkələri idarə edir və nasazlıqların idarə edilməsi, konfiqurasiya idarəetməsi, şəbəkə və inzibati idarəetmə, performansın idarə olunması və təhlükəsizliyin idarə edilməsi üçün tətbiqlər təqdim edir. Razılaşmaya, həmçinin “Nokia”nın şəbəkə dizaynı, quraşdırma və optimallaşdırma üzrə xidmətləri də daxildir. Quraşdırma işlərinə 2018-ci ilin sonunda başlanıb və 2020-ci ilin iyulunda başa çatıb.

Məqalədə “Azercell”in Azərbaycanın ən iri mobil operatoru olduğu qeyd olunur. Şirkətin 4G şəbəkəsinin coğrafi əhatə dairəsini genişləndirməyi və 4G şəbəkəsini bütün ölkəyə, o cümlədən digər şəhər və rayonlara yaymağı planlaşdırdığı, həmçinin aşağı güclü, geniş sahəli “NB-IoT” xidmətlərini tətbiq etməyi hədəflədiyi bildirilir.

“5 milyondan çox istifadəçisi olan “Azercell” Azərbaycanın bütün bölgələrinin sakinlərini sürətli internet vasitəsilə bərabər texnoloji imkanlar və ən son yeniliklərlə təmin etmək üçün 4G şəbəkəsini “Nokia” ilə gücləndirib və genişləndirib. Qürur hissi ilə qeyd etmək lazımdır ki, “Systemics” Avropa şirkətinin Azərbaycanda keçirdiyi müstəqil bençmarkinq testi “Azercell”in ölkənin bütün bölgələrində ən yüksək keyfiyyətli 4G xidmətlərini təmin etdiyini təsdiqləyib. “Nokia” ilə də uzunmüddətli əməkdaşlıq gözləyirik”, - deyə “Azercell”in Şəbəkə texnologiyaları departamentinin direktoru Marat Həmidov qeyd edib.

“Azercell”i ölkəboyu 4G bağlantısı tətbiq etmək istiqamətində gördüyü işlərdə dəstəkləməkdən məmnunuq. Yüksək performanslı 4G şəbəkəsi böyük əhəmiyyətə malikdir və biz öz “AirScale” həllimizlə “Azercell” hazır olduğu zaman yeni texnoloji dövrə sadə yenilənmə təklif edirik. “Azercell” ilə uzunmüddətli və sıx iş birliyi qurmağı və ölkə ərazisində abunəçilərinə ən yaxşı bağlantı təmin etmək üçün davamlı səylərinə kömək etməyi səbirsizliklə gözləyirəm”, - deyə “Nokia”nın Orta Şərq və Orta Asiya Ölkələri üzrə rəhbəri Mikko Lavanti bildirib.

Qeyd edək ki, yerli mediada bununla bağlı informasiya artıq yayımlanıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
“Azercell” abunəçilərinin yüksəksürətli mobil internetə olan ehtiyacını ödəməyə hazırdır

“Azercell” abunəçilərinin yüksəksürətli mobil internetə olan ehtiyacını ödəməyə hazırdır

19-03-2020
"Nokia" Azərbaycanın mobil rabitə operatorunun 4G şəbəkəsini genişləndirib

"Nokia" Azərbaycanın mobil rabitə operatorunun 4G şəbəkəsini genişləndirib

17-09-2020
Köhnə telefonunu gətir, Azercell-dən 4G Nokia smartfonu hədiyyə qazan

Köhnə telefonunu gətir, Azercell-dən 4G Nokia smartfonu hədiyyə qazan

03-04-2019
Azercell il ərzində regionlarda 4G şəbəkəsini 364 faiz artırdı

Azercell il ərzində regionlarda 4G şəbəkəsini 364 faiz artırdı

28-11-2019
“Delta Telecom” öz şəbəkəsini “Nokia”nın köməyilə 5G -yə hazırlayır

“Delta Telecom” öz şəbəkəsini “Nokia”nın köməyilə 5G -yə hazırlayır

31-10-2022
Azercell-in LTE istifadəçilərinin sayı 1 milyonu keçdi

Azercell-in LTE istifadəçilərinin sayı 1 milyonu keçdi

03-01-2019
Azercell-in 4G şəbəkəsi ölkənin ən yüksək keyfiyyətli şəbəkəsi olaraq tanınıb

Azercell-in 4G şəbəkəsi ölkənin ən yüksək keyfiyyətli şəbəkəsi olaraq tanınıb

25-01-2020
“Nokia” ABŞ-ın telekommunikasiya operatorunun şəbəkəsini təkmilləşdirəcək

“Nokia” ABŞ-ın telekommunikasiya operatorunun şəbəkəsini təkmilləşdirəcək

04-02-2025
Azercell LTE şəbəkəsinin əhatə dairəsini 85 faizə çatdırıb

Azercell LTE şəbəkəsinin əhatə dairəsini 85 faizə çatdırıb

08-12-2020
“Azercell” Facebook səhifəsinin 10.000-ci üzvünü mükafatlandırıb

“Azercell” Facebook səhifəsinin 10.000-ci üzvünü mükafatlandırıb

03-10-2010
Nokia-nın mənfəəti 30% azalıb

Nokia-nın mənfəəti 30% azalıb

17-10-2008
“Bakcell” şirkəti yeni ildən MMS xidmətini istifadəyə verəcək

“Bakcell” şirkəti yeni ildən MMS xidmətini istifadəyə verəcək

01-12-2009
"Azercell"in mobil internet xidmətindən istifadə son 1 ildə 30 %-dən çox artıb

"Azercell"in mobil internet xidmətindən istifadə son 1 ildə 30 %-dən çox artıb

03-08-2023
“Apple” “Nokia”nı məhkəməyə verdi

“Apple” “Nokia”nı məhkəməyə verdi

12-12-2009
Azercell AVRO-2020-də yüksəkkeyfiyyətli mobil şəbəkə təqdim edir

Azercell AVRO-2020-də yüksəkkeyfiyyətli mobil şəbəkə təqdim edir

18-06-2021
3G-ni dəstəkləyən telefonlara tələbat qeydə alınıb

3G-ni dəstəkləyən telefonlara tələbat qeydə alınıb

07-12-2009
“Nokia”  özündən çıxdı

“Nokia” özündən çıxdı

18-10-2010
Azercell öz şəbəkəsinin genişləndirilməsini yüksək templə davam etdirir

Azercell öz şəbəkəsinin genişləndirilməsini yüksək templə davam etdirir

05-09-2022
Azercell-in 4G şəbəkəsi daha 5 bölgə boyu genişləndi

Azercell-in 4G şəbəkəsi daha 5 bölgə boyu genişləndi

16-07-2018
Azercell şəbəkə infrastrukturunun inkişaf dinamikasını təqdim edir

Azercell şəbəkə infrastrukturunun inkişaf dinamikasını təqdim edir

15-09-2025
“Nokia” 1800 əməkdaşını ixtisar edib

“Nokia” 1800 əməkdaşını ixtisar edib

22-10-2010
 Azercell 4G şəbəkəsini genişləndirir

Azercell 4G şəbəkəsini genişləndirir

17-06-2016
Azercell şəbəkəsini sürətləndirib

Azercell şəbəkəsini sürətləndirib

19-08-2015
Son 18 ay ərzində Azercell-in LTE şəbəkəsinin əhatəsi 85 faiz yüksəlib

Son 18 ay ərzində Azercell-in LTE şəbəkəsinin əhatəsi 85 faiz yüksəlib

10-08-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə