Ölkənin lider mobil operatoru “Azercell Telekom” MMC ADA Universitetinin təşkilatçılığı ilə keçirilən “Employability Week 2025” təşəbbüsündə fəal iştirak edib. Proqramın əsas məqsədi tələbələri müasir əmək bazarının tələbləri ilə tanış etmək, onların peşəkar bacarıqlarını inkişaf etdirmək və gələcək karyera imkanlarını genişləndirmək idi.
Xeberler.az bildirir ki, proqram çərçivəsində Azercell-in müxtəlif sahələrdə fəaliyyət göstərən mütəxəssisləri tələbələrə emosional zəka, sənaye icmalı, müsahibəyə hazırlıq, iş etikası, innovasiya və sahibkarlıq, şəxsi brendinq kimi mövzularda təlimlər keçiblər. Eyni zamanda, şirkətin İnsan Kapitalının əməkdaşları proqram iştirakçılarına Azercell-də mövcud olan karyera və təcrübə imkanları, eləcə də işə qəbul prosesi barədə ətraflı məlumat təqdim ediblər.
Proqramın sonunda Azercell fərqlənən tələbələrə şirkətin yay təcrübə proqramında iştirak etmək imkanı yaradacaq. Tələbələrin adları may ayının 2-də ADA Universitetində baş tutacaq bağlanış mərasimində açıqlanacaq.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları