Previous Next
Bağla

AzInTelecom Hackathon keçirir

23-10-2018 12:22
AzInTelecom Hackathon keçirir

Azərbaycanda ilk dəfə olaraq 26-30 oktyabr tarixlərində keçirilən beynəlxalq “İnnovasiyalar həftəsi” çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən AzInTelecom MMC Hackathon (müsabiqə)  təşkil edəcək. Müsabiqənin Hackathon-AzIn 2018 adı altında  29-30 oktyabr tarixlərində “AzInTelecom”un təşkilatçılığı və Yüksək Texnologiyalar Parkının dəstəyi ilə keçirilməsi nəzərdə tutulur.

Xeberler.az  bildirir ki, Data Mərkəzi nəzdində müştərilərinə İnfrastruktur Tipli Həllər (İAAS) təklif edən “AzInTelecom” 2019-cu il əsas strateji hədəflərindən biri kimi Xidmət Tipli Həllərin (SAAS) şirkətin göstərdiyi xidmətlər siyahısına əlavə olunmasını nəzərdə tutur. Təşkil olunan “Hackathon” məhz bu tipli həllər yarada bilən istedadların axtarışına hədəflənib.

Üç mərhələdən ibarət olacaq yarışın birinci mərhələsi 29 oktyabrda AzInTelecom tərəfindən iştirakçılara mövzu ilə bağlı müvafiq tapşırığın verilməsi ilə başlayacaq. Yarışın ikinci mərhələsində iştirakçılar tapşırığın proqramlaşdırma və təqdimatı üzərində işləyəcək, 30 oktyabrda isə verilən tapşırıqların icrası qiymətləndirilərək yarışın qalibi seçiləcək. Hackathon ortaq fikrə sahib insanların komanda şəklində çalışaraq öz innovativ fikirlərini koda çevirməsidir. Bu müsabiqə zamanı iştirakçılar 24-48 saat müddətində verilən tapşırıq üzrə yeni həll müəyyən etmək və onu təqdim etmək üçün bir araya gəlirlər.

Həmçinin bu yarışmada iştirak bir çox mütəxəssislər üçün özünü tanıtmaq, layihəsini təqdim etmək, eləcə də, investor və şirkətlər üçün istedadlı gəncləri öz komandalarına cəlb etmək üçün bir imkandır. İştirak etmək istəyənlər hackathon.azintelecom.az  ünvanında qeydiyyatdan keçərək müsabiqəyə qoşulmaq üçün müraciət edə bilərlər.

Proqramçıların iki gün ardıcıl davam edən bu yarışında qalib gələn iştirakçılara “AzInTelecom” tərəfindən mükafatlar təqdim olunacaq. Birinci yerin qalibi 5 000 AZN, ikinci yer 3 000 AZN, üçüncü yerin qalibi isə 1 000 AZN məbləğində pul mükafatına layiq görüləcək. Təqdim olunan həllərin qiymətləndirilməsində məntiq, dizayn, funksionallıq və innovativlik kimi kriterilər nəzərə alınacaq.

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Hackathon-AzIn 2018 müsabiqəsinə  start verilib

Hackathon-AzIn 2018 müsabiqəsinə start verilib

30-10-2018
Proqramçılar yarışa çıxır

Proqramçılar yarışa çıxır

26-10-2018
Hackathon-un qalibləri bəlli oldu

Hackathon-un qalibləri bəlli oldu

01-11-2018
“AZCLOUD Hackathon 2019” müsabiqəsinə qeydiyyat başlayıb

“AZCLOUD Hackathon 2019” müsabiqəsinə qeydiyyat başlayıb

02-07-2019
AZCLOUD Hackathon 2019 müsabiqəsinə start verilir

AZCLOUD Hackathon 2019 müsabiqəsinə start verilir

27-08-2019
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “AZCLOUD Hackathon 2019" müsabiqəsini təşkil edir.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “AZCLOUD Hackathon 2019" müsabiqəsini təşkil edir.

01-07-2019
AZCLOUD Hackathon 2019-un iştirakçılarının adları açıqlanacaq

AZCLOUD Hackathon 2019-un iştirakçılarının adları açıqlanacaq

07-08-2019
“AzInTelecom” Azərbaycanda keçirilən virtual hakatonuna dəstək verdi

“AzInTelecom” Azərbaycanda keçirilən virtual hakatonuna dəstək verdi

07-07-2020
Azercell-dən gənc İT mütəxəssislərinə dəstək

Azercell-dən gənc İT mütəxəssislərinə dəstək

22-07-2019
"SmartSolutions Hackathon 2026" sabah start götürür

"SmartSolutions Hackathon 2026" sabah start götürür

09-04-2026
Hackathon müsabiqəsinin qalibləri mükafatlandırıldı

Hackathon müsabiqəsinin qalibləri mükafatlandırıldı

15-03-2019
Ramin Quluzadə AZCLOUD Hackathon 2019-un açılışını edib

Ramin Quluzadə AZCLOUD Hackathon 2019-un açılışını edib

28-08-2019
Azercell “CyberCell Hackathon”a start verir

Azercell “CyberCell Hackathon”a start verir

18-10-2025
"Azercell Hackathon 2022" müsabiqəsinə qeydiyyat başlayıb

"Azercell Hackathon 2022" müsabiqəsinə qeydiyyat başlayıb

12-01-2022
AZCLOUD Hackathon 2019-un mətbuat konfransı keçirilib

AZCLOUD Hackathon 2019-un mətbuat konfransı keçirilib

28-08-2019
“Global Virtual Hackathon” müsabiqəsi keçirilir

“Global Virtual Hackathon” müsabiqəsi keçirilir

31-03-2020
TechFall 2016 Hackathon layihəsinin qalibi açıqlandı

TechFall 2016 Hackathon layihəsinin qalibi açıqlandı

09-11-2016
Hackathon müsabiqəsinə start verildi

Hackathon müsabiqəsinə start verildi

11-03-2019
Proqramçıların sevimli müsabiqəsi başlayır

Proqramçıların sevimli müsabiqəsi başlayır

08-11-2018
Proqramçılar üçün yarışmaya qeydiyyat başladı

Proqramçılar üçün yarışmaya qeydiyyat başladı

07-04-2017
Nazir AZCLOUD Hackathon 2019-un iştirakçıları ilə görüşüb

Nazir AZCLOUD Hackathon 2019-un iştirakçıları ilə görüşüb

30-08-2019
“Azercell Hackathon 2022” yarışması başa çatdı!

“Azercell Hackathon 2022” yarışması başa çatdı!

27-01-2022
Azərbaycanda ilk dəfə NASA Space Apps Challenge keçiriləcək

Azərbaycanda ilk dəfə NASA Space Apps Challenge keçiriləcək

13-09-2019
TechFall 2016 Hackathon yarışmasına qeydiyyat başladı

TechFall 2016 Hackathon yarışmasına qeydiyyat başladı

18-10-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə