Previous Next
Bağla

Bank Respublika ölkəmizdə açıq bankçılıq üzrə ilk Hackaton-a start verdi

01-07-2022 17:25
Bank Respublika ölkəmizdə açıq bankçılıq üzrə ilk Hackaton-a start verdi

Ölkə bankları arasında informasiya texnologiyalarının inkişafına ayrıdığı böyük diqqətlə seçilən “Bank Respublika”nın təşəbbüsü və təşkilatçılığı ilə ölkədə açıq bankçılıq üzrə ilk hakatonun qeydiyyatına start verildi.

Xeberler.az məlumat verir ki, İT sahəsində öz bacarığını nümayiş etdirmək istəyən, innovativ həllərin yaradılmasına, komanda işinə və davamlı öyrənməyə üstünlük verən iştirakçılar müsabiqəyə dəvət olunurlar. “Özünə inan, qalib ol!” şüarı altında keçiriləcək müsabiqədə proqramçı gənclərin rəqabət şəraitində biliklərini yoxlamasına, özünü tanıtmasına, müxtəlif proqram, innovativ məhsul və xidmətlərin meydana gəlməsinə şərait yaradılacaq.

Fintech və RegTech mövzularını əhatə edəcək yarışda qeydiyyat ödənişsizdir və 13 yaşından yuxarı hər kəs üçün açıqdır. Qeydiyyatdan keçmək üçün iştirakçılar minimum 2 və maksimum 5 nəfərdən ibarət komanda şəklində olmalıdrlar.

Müsabiqədə iştirak etmək istəyənlər, komandaların tərkibi, iştirakçılara dair texniki tələblərlə tanış olmaq və qeydiyyatdan keçmək üçün https://openbanking.az səhifəsinə müraciət edə bilər.

Seçim mərhələsinə qeydiyyat üçün müraciətlərin son qəbul tarixi iyul ayının 15-dir.

5-7 avqust tarixlərində baş tutacaq növbəti mərhələdə isə komandalar 50 saat davam edən yarışa qatılacaqlar 8 avqust tarixində qalib müəyyən olunacaq. Müsabiqə zamanı qarşıya qoyulan tapşırığı tələb olunan meyarlara uyğun şəkildə və ən yüksək nəticə ilə yerinə yetirən komandalar münsiflər heyəti tərəfindən müxtəlif kriteriyalar üzrə qiymətləndirilərək qalib elan olunacaq. Münsiflər heyətinin tərkibinə ölkəmizdə fəaliyyət göstərən aparıcı İT, Fintech və özəl şirkətlərin rəhbərləri daxildir.

Ölkəmizdə açıq bankçılıq üzrə keçiriləcək ilk hakatonunda ən yüksək nəticə göstərən komandanı 5.000 AZN, 2-ci yerin qalibini 2.500 AZN dəyərində pul mükafatı, 3-cü yerin sahibini isə 1.500 AZN dəyərində pul mükafatı gözləyir.

Daha ətraflı məlumatı bankın rəsmi web saytındafacebookinstagramlinkedin səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

"Azercell Hackathon 2022" müsabiqəsinə qeydiyyat başlayıb

12-01-2022

“Azercell Hackathon 2022” yarışması başa çatdı!

27-01-2022

Azercell “CyberCell Hackathon”a start verir

18-10-2025

Barama FinTech Hackathon yarışmasının nəticələri açıqlandı

29-11-2018

"SmartSolutions Hackathon 2026" sabah start götürür

09-04-2026

TechFall 2016 Hackathon yarışmasına qeydiyyat başladı

18-10-2016

Proqramçıların sevimli müsabiqəsi başlayır

08-11-2018

Proqramçılar yarışa çıxır

26-10-2018

Hackathon-AzIn 2018 müsabiqəsinə start verilib

30-10-2018

Azercell-dən gənc İT mütəxəssislərinə dəstək

22-07-2019

“AI Startup Challenge” müsabiqəsinin qalibləri elan olunub

14-07-2025

AZCLOUD Hackathon 2019 müsabiqəsinə start verilir

27-08-2019

AzInTelecom Hackathon keçirir

23-10-2018

Azercell-dən yeni müsabiqə

14-09-2017

“AZCLOUD Hackathon 2019” müsabiqəsinə qeydiyyat başlayıb

02-07-2019

Azercell IV Buktreyler Festivalının əsas tərəfdaşıdır

19-02-2019

“Məktəblilərarası Milli Hakaton - 2025” müsabiqəsi başlayır

05-03-2025

Hackathon-un qalibləri bəlli oldu

01-11-2018

Qadın proqramçılarımızın yarışı keçiriləcək

11-10-2016

“Hackathon” müsabiqəsinə qeydiyyat başladı

18-02-2020

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “AZCLOUD Hackathon 2019" müsabiqəsini təşkil edir.

01-07-2019

Proqramçılar üçün yarışmaya qeydiyyat başladı

07-04-2017

“Game Summit 2026” tədbiri keçiriləcək

21-04-2026

AZCLOUD Hackathon 2019-un iştirakçılarının adları açıqlanacaq

07-08-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə