Previous Next
Bağla

Azercell-dən Vaşinqtonda Azərbaycan musiqisi gecəsi

23-03-2022 16:17
Azercell-dən Vaşinqtonda Azərbaycan musiqisi gecəsi

Mart ayının 20-də Azercell-in təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı səfirliyinin dəstəyi ilə ABŞ-ın paytaxtında Novruz bayramı münasibətilə gənc musiqiçi və bəstəkar Xan Bəylinin konserti təşkil olunub.

Vaşinqtonun ən məşhur konset zallarının birində tutan tədbirə Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim və “Azercell Telekom” MMC-nin prezidenti Zərinə Zeynalovanın dəvəti ilə Türkiyənin Vaşinqtondakı səfiri Murat Mercan, Qazaxstan Respublikasının səfiri Yerjan Aşıkbayev, Özbəkistan Respublikasının səfiri Javlon Vahabov, Amerikadakı Azərbaycan və müxtəlif xalqların diaspor üzvləri, eləcə də yerli qonaqlar qatılıb. 
 
Açılış nitqi ilə çıxış edən Azercell-in prezidenti Zərinə Zeynalova şirkət tərəfindən həyata keçirilən bu tədbirin zəngin mədəni irsimizin, milli dəyərlərimizin beynəlxalq ictimaiyyətə tanıdılmasına töhfə verəcəyinə ümid etdiyini bildirib. Zərinə xanım həm milli, həm də dünya musiqisinin müxtəlif çalarlarını öz əsərlərində əks etdirən gənc bəstəkar Xan Bəylinin fəaliyyətini yüksək qiymətləndirdiyini, öz ətrafında fərqli insanları birləşdirmək qüvvəsinə malik olduğunu qeyd edib. 
 
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı səfiri cənab Xəzər İbrahim səhnəyə Azərbaycanın milli paltarlarını geyinmiş övladları ilə birlikdə çıxaraq qonaqları səmimi tərzdə Novruz bayramı münasibətilə təbrik edib. Xan Bəylinin dünyaya örnək ola bilən Azərbaycan dəyərlərinin və musiqisinin ABŞ-da təbliğ edilməsində fəal iştirak etdiyini vurğulayan səfir, Azercell-ə və bu təşəbbüsün gerçəkləşməsində əməyi keçən hər kəsə təşəkkür edib. 
 

Tədbirin xüsusi qonağı İctimai Televiziya və Radionun aparıcısı Fateh bu musiqi ziyafətinə Xanın Azərbaycandakı pərəstişkalarını və saat fərqinə baxmayaraq səbirsizliklə bu konsertin yayımını gözləyən Azərbaycan auditoriyasını təmsil etmək üçün qatıldığını bildirib. Məşhur aparıcı sosial media hesablarından izləyicilərinə konserti canlı izləmək imkanı yaradıb. 
 
Ukraynada Azərbaycan ailəsində doğulan həmyerlimiz Xan Bəyli Azərbaycan xalq mahnıları, müasir estrada bəstələrilə yanaşı, özünün müəllifi olduğu musiqiləri də səsləndirib. Muğamı caz və etnik musiqi ilə xüsusi improvizasiyada təqdim edən Xan Bəyli Amerikanın müxtəlif ştatlarından tədbirdə iştirak etmək üçün bir araya toplanan dinləyicilərinə öz musiqisi ilə Novruz öncəsi  xoş ovqat bəxş edib.
 
Qeyd edək ki, Bostondakı Berkli Musiqi Kollecinin məzunu olan Xan Bəyli Azərbaycan musiqisinin xaricdə tanıdılması  üçün fərqli və maraqlı layihələr icra edib, Jack De Johnette, John Medeski, David Fiuczynski və Screaming Headless Torsos, Ənvər İsmayılov, Erkan Ogur və digər tanınmış sənətçilərlə səhnəni bölüşüb. 
 
Amerika icması tərəfindən tədbir böyük rəğbətlə qarşılanıb. Qonaqlar və icma nümayəndələri xoş təəssüratlarını aktiv şəkildə sosial media hesablarında paylaşıblar.

“Azercell Telekom” MMC Azərbaycan musiqisini beynəlxalq müstəvidə təbliğ edən həmyerlimiz Xan Bəyliyə gələcək fəaliyyətində uğurlar arzu edir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Müğənni Xan Bəyli və DJ Fateh Azercell ilə canlı yayımda!

Müğənni Xan Bəyli və DJ Fateh Azercell ilə canlı yayımda!

02-07-2022
Azercell-dən Novruz hədiyyəsi

Azercell-dən Novruz hədiyyəsi

15-03-2019
Azercell-dən Novruz Bayramına xüsusi təklif!

Azercell-dən Novruz Bayramına xüsusi təklif!

17-03-2025
“Azercell Könüllüləri”ndən igidlərimizin ailələrinə “Novruz Payı”

“Azercell Könüllüləri”ndən igidlərimizin ailələrinə “Novruz Payı”

20-03-2021
Azercell-in prezidenti nazirliyin fəxri nişanı ilə təltif edilib

Azercell-in prezidenti nazirliyin fəxri nişanı ilə təltif edilib

29-01-2022
“TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya festivalı başa çatıb

“TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya festivalı başa çatıb

30-05-2022
Azercell Diaspor Gənclərinin I Yay düşərgəsində iştirak etdi

Azercell Diaspor Gənclərinin I Yay düşərgəsində iştirak etdi

28-08-2018
Nazir Ramin Quluzadə ABŞ səfiri ilə görüşüb

Nazir Ramin Quluzadə ABŞ səfiri ilə görüşüb

26-07-2019
“Azercell Telekom” MMC-yə yeni prezident təyin olunub

“Azercell Telekom” MMC-yə yeni prezident təyin olunub

20-04-2021
İlk Novruz hədiyyəniz Azercell-dən olsun

İlk Novruz hədiyyəniz Azercell-dən olsun

25-02-2020
Bakcell Novruz bayramını Azərbaycan xalqı ilə birgə keçirib

Bakcell Novruz bayramını Azərbaycan xalqı ilə birgə keçirib

28-03-2019
Azercell Tokio-2020-nin qaliblərini təbrik edib

Azercell Tokio-2020-nin qaliblərini təbrik edib

13-10-2021
Novruz ərəfəsində sosial şəbəkələrdə Azercell ilə daha aktiv ol

Novruz ərəfəsində sosial şəbəkələrdə Azercell ilə daha aktiv ol

14-03-2023
Azercell Respublika günü münasibətilə şəhid və əlil ailələrinə sovqat paylayıb

Azercell Respublika günü münasibətilə şəhid və əlil ailələrinə sovqat paylayıb

29-05-2020
İsrailin Azərbaycandakı səfiri Azercell-in Barama Mərkəzini ziyarət etdi

İsrailin Azərbaycandakı səfiri Azercell-in Barama Mərkəzini ziyarət etdi

31-05-2018
ASAN könüllüləri Şərqdə parlayan MAY adlı tədbir keçirdi.

ASAN könüllüləri Şərqdə parlayan MAY adlı tədbir keçirdi.

29-05-2018
Azərbaycan-Ukrayna əlaqələrinə həsr olunan poçt bloku təqdim olunub

Azərbaycan-Ukrayna əlaqələrinə həsr olunan poçt bloku təqdim olunub

05-12-2022
Bakcell Novruz şəhərciyinin baş sponsoru olub

Bakcell Novruz şəhərciyinin baş sponsoru olub

29-03-2019
“Azercell Telekom” “Proqress” mükafatına layiq görüldü

“Azercell Telekom” “Proqress” mükafatına layiq görüldü

07-07-2009
Azercell-in dəstəyi ilə beşinci Uşaq Paralimpiya Oyunları keçirilib

Azercell-in dəstəyi ilə beşinci Uşaq Paralimpiya Oyunları keçirilib

15-11-2019
Səfir: “Azərbaycanla Fransa arasında bir sıra İKT layihələri həyata keçirilib”

Səfir: “Azərbaycanla Fransa arasında bir sıra İKT layihələri həyata keçirilib”

04-11-2015
ABŞ səfiri: "Startap ekosisteminin inkişafını dəstəkləməkdə davam edəcəyik"

ABŞ səfiri: "Startap ekosisteminin inkişafını dəstəkləməkdə davam edəcəyik"

19-09-2024
Azercell-in təcrübəsi Filip Kotlerin kitabında yer alacaq

Azercell-in təcrübəsi Filip Kotlerin kitabında yer alacaq

13-05-2025
Azercell dünya çempionlarını təbrik edib

Azercell dünya çempionlarını təbrik edib

21-06-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə