Azercell Telekom Bakıda və eləcə də regionlarda Azercell Ekspres ofislərinin sayını artırmaqdadır.
Şirkətədən Xəbərlər-ə verilən məlumata görə, avqustun 4-dən etibarən Azercell Yardımlıda Heydər Əliyev prospekti, 74 ünvanında yeni AzEks ofisini abunəçilərinin ixtiyarına verib. Yeni AzEks ofisi hamı üçün rahat olan “bir nöqtədə üç xidmət” (one-stop shopping) konsepsiyası ilə çalışacaq. Bu konsepsiyaya əsasən, abunəçilər Azercell Ekspres ofisinə gələrək eyni anda üç xidmətdən yararlana bilər.
Bu ofisdə həm telefon danışığına görə ödəmə həyata keçirmək, həm müştəri xidmətlərindən istifadə etmək, həm də yeni telefon və ya nömrə almaq mümkündür.
Öz şəbəkəsini və əhatə dairəsini daim genişləndirən Azercell-in hazırda Bakıda 15, regionlarda isə 35 Ekspres Ofisi fəaliyyət göstərir. Bundan əlavə Azercell-in Bakı şəhərində 4, bölgələrdə isə 6 Müştəri Xidməti Mərkəzi mövcuddur. Ümumillikdə isə Azərbaycan üzrə Ekspes ofislərinin sayı 50-yə çatıb.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri