Azercell-in “1002” qısa nömrəsi DİN-ə verildi

14-05-2015 / 11:21

"Azercell Telecom" mobil operatorunun fakturasız xətt abunəçilərinin məlumatlandırılması üçün daha əvvəl istifadə edilən "1002" qısa nömrəsi Daxili İşlər Nazirliyinin (DİN) sərəncamına verilib.

Bu məlumatı şirkətdən  Xeberler.az-a təsdiqləyiblər.

Qeyd edək ki, qısa nömrə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən DİN-ə xidməti zərurilik üçün verilib və qurumun "qaynar xətti" üçün istifadə olunacaq.

"1002" nömrəsinin tətbiqi bütün operatorlar üçün məcburi olduğuna görə, SimSim abonentləri balans haqqında məlumatı "2112" nömrəsi ilə əldə edə bilərlər.

Məltəm Talıbzadə

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə