Yanvarın 18-də Oxbridge Academy-də Azercell və “Eventify” şirkətinin birgə təşkilatçılığı ilə “Dayanıqlı İnkişaf” hakatonu baş tutub. Layihə gənclərə potensiallarını reallaşdırmağa imkan yaratmaq, eləcə də ətraf mühitin qorunmasına yönəlmiş texnoloji həlləri ərsəyə gətirmək məqsədini daşıyıb. Tədbir həmçinin startap ekosisteminin inkişafına töhfə verərək iştirakçılara öz innovativ ideyalarını həyata keçirmək üçün effektiv platforma rolunu oynayıb.
Yarışa 12-18 yaş arasında olan gənclərdən ibarət ümumilikdə 11 komanda qatılıb. Yarışçılara ətraf mühitin mühafizəsinə yönəlmiş texnoloji problemlərin həllinə 6 saat vaxt ayrılıb. Komandalar mentorların dəstəyi ilə ideyalarının prototiplərini hazırlayaraq münsiflər heyətinə təqdim ediblər.
Münsiflər heyətinin qərarına əsasən ekoloji layihələrdə bonus xal sistemi vasitəsilə iştirakı təşviq edən təşəbbüs ilə “Bono” komandası qalib gəlib. 2-ci yerin sahibi dayanıqlı şəhər layihəsi ilə “Homeboys” komandası, 3-cü yerə isə meşə yanğınlarına qarşı dron həlli təklifi ilə “JoshuaTech” komandası seçilib.
Qalib komandalar baş sponsor Azercell-in xüsusi mükafatları ilə təltif olunublar.
“Azercell Telekom” MMC və şirkətin fəaliyyəti haqqında daha ətraflı məlumat əldə etmək üçün rəsmi Azercell səhifəsinə daxil olun.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri