Previous Next
Bağla

Azercell-in dəstəyilə Ecobox şirkətinin yeni ekoloji layihəsi başladı

06-08-2018 16:15
Azercell-in dəstəyilə Ecobox şirkətinin yeni ekoloji layihəsi başladı

Ecobox Collection and Recycling MMC Azərbaycanın aparıcı telekommunikasiya şirkəti Azercell Telekom-un dəstəyilə yeni ekoloji layihəsinə start verdi.

Xeberler.az məlumat verir ki, Layihə çərçivəsində cari tarixdən etibarən Bakı şəhərinin bir çox supermarketləri əhalinin istifadə edilmiş plastik və alüminium içki qablarını təhvil verə biləcəyi xüsusi utilizasiya aparatları, fandomatlarla təchiz olunub.

Belə ki, Ecobox Collection and Recycling MMC-in direktoru Hacıağa Quliyevin qeyd etdiyi kimi, adıçəkilən layihəni ruhlandıran əsas məqam prezident İlham Əliyevin ətraf mühit problemlərinə həsr edilmiş konfrans zamanı çıxışı olub: “Ümumi daxili məhsulun artması onu göstərir ki, Azərbaycan iqtisadiyyatı dayanıqlıdır, çoxşaxəlidir və uğurludur. Məhz bu səbəbdən ətraf mühitin qorunmasına və tullantıların azaldılmasına xüsusi diqqət verilməlidir”.

Bildirək ki, quraşdırılan fandomatlar bir çox tərəflər üçün üstünlüklər vəd edirlər. Azercell Fakturasız xətt abunəçisi plastik və alüminium qabları fandomata daxil etdikdən sonra üzərində unikal şifrə olan qəbz əldə edəcək. Şifrə 9639 qısa nömrəsinə göndərildikdə abunəçi hədiyyə dəqiqələri qazanacaq. Böyük ölçülü fandomatlarda hədiyyə dəqiqələri nömrəyə birbaşa olaraq yüklənə bilər. Ən əsası isə, abunəçilər üçün hədiyyə dəqiqələrinin alınmasına məhdudiyyət yoxdur. Yüklənmiş dəqiqələr 30 gün ərzində istifadə oluna bilər və şəbəkədaxili zənglər üçün nəzərdə tutulub. İkincisi, bu Bakı şəhərində plastik və alüminium tullantılarının azalması və gələcəkdə şəhərin təmizliyinə ayrılan vəsaitə qənaət də deməkdir. Qəbz üzərində göstərilən məbləğ alış-veriş üçün və ya xeyriyyə məqsədlərinə ianə edilə bilər.

Azercell Telekom şirkətinin prezidenti Vahid Mürsəliyevin qeyd etdiyi kimi: “Azercell həmişə texnoloji tərəqqini dəstəkləyib, yeni texnologiyaların bəxş etdiyi rahatlığa xüsusi dəyər verib. Eyni zamanda, bir Azərbaycan şirkəti olaraq biz, ictimai cavabdehliyə və Azərbaycanın təbiətinin gələcək nəsillər üçün qorunub saxlanılmasına inanırıq, bu işdə əlimizdən gələni əsirgəmirik. Ümid edirik ki, layihə ölkədə ekoloji vəziyyətə müsbət təsir göstərəcək. Eyni zamanda da, müştərilərimizin əlavə üstünlüklər əldə etməsi çox müsbət bir haldır”.

Qeyd edək ki, sosial fəaliyyət istiqamətlərinin önəmli sahələrindən biri ətraf mühitə və cəmiyyətə qayğı olan Azercell Telekom bundan öncə də özündə həm texnoloji həlləri, həm də ekoloji əhəmiyyəti birləşdirən layihələr həyata keçirmişdir. Şirkət ölkədə ilk dəfə olaraq alternativ enerji ilə çalışan, ətraf mühit üçün faydalı yaşıl radio baza stansiyasını quraşdırmış, həmçinin, gündəlik təbii resurs sərfini hesablamağa imkan verən Karbon kalkulyatoru layihəsini həyata keçirmişdir.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azercell COP29-un telekommunikasiya tərəfdaşıdır

04-11-2024

Azercell yaşıl baza stansiyalarının sayını artırır

14-10-2024

“Azercell” azad edilmiş ərazilərdə 100-ə yaxın baza stansiya quraşdırıb

10-03-2023

Azercell veteranlar üçün kampaniyanın müddətini uzatdı

04-12-2015

Azercell veteranlar üçün kampaniyaya başladı

03-04-2015

Azercell-dən rominqdə 10 sms hədiyyə

19-05-2015

Azercell mükəmməl rabitə, təmiz ekologiya uğrunda çalışır

02-10-2015

Yeni iPhone telefonlarının imkanlarını Azercell ilə kəşf edin

18-10-2019

Azercell enerji səmərəliliyi və ətraf mühit təşəbbüslərini genişləndirir

21-08-2025

Azercell Müharibə Veteranları üçün kampaniyanın müddətini uzatdı

06-12-2016

“Pulsuz 5 saat qazan” kampaniyasının vaxtı uzadıldı

06-04-2015

Azercell rominqdə olan abunəçiləri üçün yenilik edib

09-07-2015

«Azercell» Ramazan bayramı münasibətilə yeni kampaniya keçirir

11-09-2010

Azercell-in “pulsuz 5 saat” kampaniyasının vaxtı uzadıldı

01-04-2015

Yeni iPhone SE modelləri Azercell Eksklüziv-də təqdim olunur

16-05-2020

Azercell rabitə bazarında yeni biznes istiqamətini təqdim edir

04-07-2022

Azercell-dən koronavirusla savaşan tibb işçilərinə dəstək davam edir

20-10-2020

Azercell abunəçilərinin ünvanına özü gedəcək

15-09-2015

Azercell-dən özəl Ramazan kampaniyasında 2GB hədiyyə!

11-04-2022

Azercell koronavirusla savaşan tibb işçilərinə rabitə dəstəyini davam etdirir

24-12-2020

Azercell Yeni il ərəfəsində yeni Samsung kampaniyasını təqdim edir!  

16-12-2023

Azercell yenilənmiş “Hədiyyə çarxı”nı təqdim edir

30-12-2025

Novruz bayramı ərəfəsində Azercell-dən yeni kampaniya

04-03-2015

“Azercell” COP29-un telekommunikasiya tərəfdaşıdır

01-11-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə