Azercell 25 noyabr - Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Günü və BMT-nin “Narıncı Gün” təşəbbüsü çərçivəsində “Oflayn qadınlar” sosial layihəsini təqdim edir.
Xeberler.az bildirir ki, “Ümidli Gələcək” İctimai Birliyi ilə əməkdaşlıqda həyata keçirilən layihənin məqsədi bu qlobal problemə ictimai diqqəti artırmaq və zorakılığa məruz qalan qadınlara operativ yardım göstərməkdir.
Çətin həyat şəraitində yaşayan qadınların əksəriyyəti mövcud dəstək resursları və müraciət kanalları barədə kifayət qədər məlumata sahib olmur. Yeni istifadəyə verilən oflaynqadinlar.az platforması qadınlara şiddət, psixoloji, iqtisadi və digər zorakılıq hallarında Azərbaycan qanunvericiliyinə uyğun atılmalı addımlar barədə ətraflı və sistemli məlumat təqdim edir.
Platforma qadınlara öz hüquqları barədə etibarlı mənbələrdən məlumat əldə etmək, təqdim olunan videomateriallar vasitəsilə ilkin psixoloji və sosial dəstək imkanları ilə tanış olmaq, psixoloji testlərdən keçmək və onlara yardım göstərə biləcək müvafiq qurumlar haqqında dolğun informasiya əldə etmək imkanı verir.
Sayt anonimlik və təhlükəsizlik prinsiplərinə tam uyğun şəkildə fəaliyyət göstərir. Azercell abunəçiləri platformadan internet paketi və ya balansda vəsait olmadan da yararlana bilərlər. Fərdi dəstəyə ehtiyac olduğu halda qadınlar “Qadın Dəstək Xətti”nin 116111 qısa nömrəsi ilə əlaqə saxlaya bilərlər. Artıq üç ildir ki, Azercell-in dəstəyi və təşəbbüsü ilə fəaliyyət göstərən xidmət 24/7 rejimində müraciətləri qəbul edir. Bugünədək 11000-dən çox qadın xəttin xidmətlərindən yararlanıb. “Ümidli Gələcək” İctimai Birliyi tərəfindən idarə olunan bu xidmət qadınlara operativ və kompleks psixososial yardım göstərir, zorakılıqla üzləşən qadınların reabilitasiyasına və cəmiyyətə reinteqrasiyasına dəstək olur. Bu istiqamətdə
Dəstək Xətti icma əsaslı hüquq klinikaları, dövlət qurumları və qeyri-hökumət təşkilatları ilə sıx əməkdaşlıq qurur. Qeyd edək ki, Azercell abunəçiləri üçün qısa nömrəyə zənglər ödənişsizdir.
Qadınların sosial dəstək ekosisteminin genişləndirilməsi Azercell-in korporativ sosial məsuliyyət strategiyasının əsas prioritetlərindəndir. “Oflayn qadınlar” layihəsi bu istiqamətdə həyata keçirilən silsilə tədbirlərin davamı olaraq ölkənin müxtəlif bölgələrində yaşayan qadınlara real dəstək göstərməyi və onların həyatında müsbət dəyişikliklərə töhfə verməyi hədəfləyir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları