Lider mobil operator “Suvarmaya nəzarət sistemi” həllini təqdim edir.
Müasir texnologiyaların tətbiqi ilə ölkədə kənd təsərrüfatının inkişafına töhfə verən “Azercell” Biznes suvarma sistemləri üçün IOT tipli (Əşyaların İnterneti) innovativ həll təqdim edir. Şirkətin yeni “Suvarmaya nəzarət sistemi” həlli böyük sahələrin suvarma prosesini avtomatik rejimdə uzaqdan idarə etməyə imkan verir.
“Azercell”in yeni aqro həlli suvarma prosesini asanlaşdırmaqla yanaşı, sahibkarlara əlavə xərclərdən azad olmağa, əməliyyat vaxtına qənaət etməyə dəstək olacaq. Eyni zamanda, innovativ həll avtomatlaşdırılmış idarəetmə proseslərindən faydalanaraq daha çox məhsulun hasilatına və ən əsası, su resurslarından səmərəli istifadə istiqamətində effektiv nəzarətə şərait yaradacaq.
Həm veb, həm də mobil tətbiq vasitəsilə istifadəsi mümkün olan bu həll qurğuların elektrik təchizatına, kəsintisiz çalışmasına, vaxtlı-vaxtında işə salınmasına və dayandırılmasına, həmçinin suvarma istiqamətinə məsafədən nəzarət etməyə imkan verir. Bundan əlavə, tətbiq suvarma sisteminin əsas idarəetmə kabelinin mühafizəsini təmin edir və sistemə kənar müdaxilə cəhdləri barədə istifadəçini məlumatlandırır.
Qeyd edək ki, “Azercell” Biznes tərəfindən təqdim edilən yeni həll Azərbaycan Respublikasının 2022-2026-cı illər üçün sosial-iqtisadi inkişaf strategiyası çərçivəsində kənd təsərrüfatının təkmilləşməsi və rəqəmsallaşmasına öz töhfəsini verəcək. Ölkədə mobil rabitə operatoru tərəfindən ilk dəfə istifadəyə verilən bu həll dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat, təmiz ətraf mühit və “yaşıl artım ölkəsi” strateji çərçivələri həyata keçirməyə dəstək olacaq.
“Azercell”in “Suvarmaya nəzarət sistemi” yeni aqro həlli haqqında daha ətraflı məlumat üçün https://www.azercell.com/az/corporate/iot/suvarmaya-nezaret-sistemi.html səhifəsinə müraciət edin.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri