Previous Next
Bağla

Azercell həmvətənlərimizlə qələbə sevincini bölüşür

11-11-2020 15:46
Azercell həmvətənlərimizlə qələbə sevincini bölüşür

2020-ci il noyabr ayının 10-u bütün Azərbaycan xalqının yaddaşında əbədi həkk olundu. Şanlı Azərbaycan ordusu Respublika Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi altında 30 illik Vətən həsrətinə son qoymuş oldu. Ölkəmizin tarixində yeni səhifə açan bu möhtəşəm qələbə münasibətilə “Azercell Telekom” bütün Azərbaycan xalqını ürəkdən təbrik edir.

“Azercell Telekom”-un hazırda ən əsas vəzifəsi və məqsədi xəritəmizdə, nəhayət ki, tam olaraq öz mövqeyini bərpa edən ərazilərdə sürətli şəkildə, tam gücü ilə 4G şəbəkəsinin genişləndirilməsinə təkan vermək və Qarabağ torpaqlarına qayıdacaq əhalini ən sürətli mobil internet və qabaqcıl kommunikasiya xidmətləriylə təmin etməkdir.

Qeyd etmək yerinə düşər ki, döyüşlərin getdiyi bir aydan artıq bir müddətdə gücləndirilmiş və gərgin iş rejiminə baxmayaraq, Azercell əməkdaşlarının səyi nəticəsində bütün kanallar vasitəsilə xidmət keyfiyyəti ən yüksək səviyyədə saxlanılıb. Belə ki, son göstəricilərə əsasən onlayn kanallar vasitəsilə daxil olmuş müraciətlər 100% cavablama göstəricisinə qədər yüksəlib. Həmvətənlərimiz arasında həmrəylik və qələbə ruhunun yüksək səviyyədə saxlanılması, eləcə də Qarabağ mədəniyyətinin zəngin irsinə hörmət əlaməti olaraq Azercell şirkəti tərəfindən sosial mediada #gəlirik şüarlı sosial kampaniya keçirilmiş və izləyicilər arasında böyük əks-səda yaratmışdır. Belə ki, #gəlirik kampaniyasının Şuşaya həsr edilmiş videosu brendlər arasında sosial şəbəkələrdə Azərbaycan üzrə ən bəyənilən (120 mindən çox reaksiya) və ən paylaşılan (13 mindən çox paylaşım) videosu oldu: https://www.facebook.com/azercell/posts/101581;/93722528303

Qeyd edək ki, döyüşlərin getdiyi ilk günlərdən Azercell şirkəti Milli Ordumuza dəstək məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna 1 milyon manat həcmində vəsait köçürüb. Bundan əlavə, cəbhə bölgələrinə ezam edilmiş bütün media əməkdaşlarına və erməni təxribatına məruz qalmış Bərdə və Gəncə şəhərlərinin sakinlərinə də şirkət tərəfindən rabitə dəstəyi göstərilib.

“Azercell Telekom” bundan sonra da ölkəmizin əminamanlığı və sosial-iqtisadi inkişafı, bütün Vətən torpaqlarında mükəmməl rabitənin qurulması istiqamətində səylərini var gücü ilə davam etdirəcək.

Qələbəmiz mübarək olsun!
Qarabağ Azərbaycandır!

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azercell-dən hərbi jurnalistlərə rabitə dəstəyi

07-10-2020

Bu həlledici günlərdə Azercell də ön cəbhəyə dəstək olur

01-10-2020

Azercell-dən Gəncədə olan abunəçilərə dəstək

17-10-2020

"Azercell" Qələbə münasibətilə abunəçilərinə internet hədiyyə edib

11-12-2020

Azercell azad olunmuş ərazilərdə LTE radio baza stansiyaları quraşdırır

23-10-2020

Azercell qazilər üçün “Veteran tarifi”-ni təqdim edir

08-11-2021

Azercell Şuşada ilk 4G şəbəkəsini qurdu

12-11-2020

UNEC Silahlı Qüvvələrə Yardım Fonduna 100 min manat köçürüb

09-10-2020

Ordumuzu “Kabinetim” tətbiqindən dəstəkləmək imkanı

13-10-2020

“Azercell” azad olunmuş ərazilərdə şəbəkəsini genişləndirir

09-08-2021

"Azercell" müştəri müraciətlərinin operativ cavablandırma sistemini tətbiq edib

22-01-2021

Azercell Qələbə Gününə həsr olunmuş xüsusi layihə təqdim edib

07-11-2023

"Azercell" şəhid və yaralanmış hərbçilərin faktura borcunu bağışladı

07-12-2020

İnstagram Azercell-in səhifəsini rəsmi olaraq təsdiq etdi

05-01-2019

Azercell Müştəri Xidmətləri artıq Instagram-ın şəxsi mesaj bölümündə!

04-11-2021

“Azercell Telekom” insan alverinə qarşı beynəlxalq foruma qatılıb

15-12-2010

Azercell-in “TikTok” səhifəsi rəsmi təsdiq nişanı əldə edib

27-02-2026

“Azercell Telekom” -un fəaliyyətində problemlər yaranacaq

26-08-2009

Azercell Qarabağ qazilərinin xidmətində!

18-03-2022

"Azercell" "Qələbə ili"nin nəticələrini açıqlayıb

05-03-2021

Azercell-dən Qarabağda təhsil alan universitet tələbələri üçün xüsusi kampaniya

25-09-2024

«Azercell Telekom» profilaktik işlər həyata keçirir

11-08-2009

Azercell-dən Novruz Bayramına xüsusi təklif!

17-03-2025

Azercell şəhidlərin həyat yoldaşlarına da təhsil üçün təqaüd ayırıb

19-11-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə