“Azercell” şirkətinin keçmiş rəhbəri Kirill Qaburiç baş nazir oldu

18-02-2015 / 23:43

Moldova parlamenti bu gün “Azercell” şirkətinin keçmiş rəhbəri Kirill Qaburiçin baş nazir postuna namizədliyini təsdiq edib.

Moldova KİV-ləri xəbər verir ki, onun namizədliyini 60 deputat dəstəkləyib.

Qaburiçin baş nazir postuna namizədliyi fevralın 14-də Moldova prezidenti Nikolae Timofti tərəfindən irəli sürülmüşdü.

Qaburiçin proqramında əsas vəzifə Moldova Respublikası və Avropa İttifaqı arasında assosiasiya haqqında sazişin tətbiqidir.

Moldova prezidenti Nikolay Timofti bu gün Kirill Qaburiçin rəhbərliyi altında yeni hökumətin təsdiqi haqqında dekret imzalayıb. Bu barədə Moldova KİV-ləri xəbər verir.

Baş nazir Kirill Qaburiç bəyan edib ki, ən yaxın zamanda hökumətin ilk iclası keçiriləcək.
“Yaxın zamanlarda nazirlər kabinetinin ilk iclası keçiriləcək. İclasda  ölkədə sosial-iqtisadi vəziyyətin sabitləşdirilməsi üçün təcili tədbirlər müzakirə olunacaq”, - Qaburiç deyib.

Kirill Qaburiç 2012-c ildə Azercell şirkətinin rəhbəri vəzifəsinə təyin olunub və dekabr ayinda bu vəzifədən gedib.
Bundan öncə isə  o , Moldcell mobil operatorunun baş direktoru vəzifəsini tutub.

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə