Previous Next
Bağla

Azercell təhsilə dəstəyi davam etdirir-Fotolar

27-02-2017 15:37
Azercell təhsilə dəstəyi davam etdirir-Fotolar

Azercell Telekom SABAH Karyera Akademiyası proqramı çərçivəsində tələbələrə dəstəyini davam etdirir.

Azercell-dən Xeberler.az-a verilən məlumata görə, şirkət əməkdaşları bu dəfə SABAH Karyera Qış Məktəbi layihəsi çərçivəsində Qubada tələbələrə təlimlər keçiblər.

Azercell Telekom MMC-nin İnsan Qaynaqları departamentinin Biznes Partnyorluq şöbəsinin rəhbəri Aytən Fərzəliyeva və İşə Qəbul mütəxəssisləri Sevinc Teymurova, Vahidə Orucova, Aysel Eynullayevanın keçdikləri təlimlər iştirakçılar tərəfindən maraqla qarşılanıb.

100-ə yaxın tələbənin iştirak etdiyi təlimdə karyera planlaması, CV və rezume yazılışı, müsahibəyə hazırlıq, təqdimat bacarıqları və s. mövzular üzrə təlim keçirilib, tələbələrlə müzakirələr aparılıb. 

İştirakçılar Azercell əməkdaşlarının təqdim etdiyi təlimin faydalarından danışdılar. Şahin Xəlilov, AzTU:

“Təlimdə iştirakdan sonra CV-min nə qədər yanlış tərtib olunduğunun fərqinə vardım. Real olaraq CV-mi yenidən yaratmaq imkanı qazandım. Intervyu mərhələsində qalib gəlmək üçün incə detallara qədər öyrədildi. Artıq tam hazır şəkildə vakansiyalara “hücum etməyə” hazıram.”

Əfsanə Fərzəliyeva, ADİU:

“Təlim sayəsində biz düzgün CV yazılmasını öyrəndik və bu nümunədən sonra bizə aydın oldu ki, nə səbəbdən müsahibəyə dəvət olunmaya və ya müsahibə mərhələsindən uğurla keçməyə bilərik. Təlim zamanı biz müsahibələrin növləri və mərhələləriylə əyani şəkildə tanış olduq. Hesab edirəm ki, artıq daha əminliklə əmək bazarına atıla bilərik!”

İki gün davam edən təlimin sonunda iştirakçılara sertfikatlar, təlimçilərə isə təşəkkürnamələr təqdim olunub.

Qeyd edək ki, Azercell-in SABAH qrupları ilə geniş əməkdaşlığı var. Ötən il Tələbə Təqaüd proqramı çərçivəsində Bakı şəhəri üzrə elan olunmuş yerlərin 50%-i SABAH Qruplarına ayrılıb. Barama İnnovasiya və Sahibkarlıq mərkəzi ilə əməkdaşlıq nəticəsində 6 ay müddətində davam edən inkubasiya proqramına seçilən 5 komandadan biri məhz SABAH qruplarının tələbələri olub. Ötən ilin sonunda SABAH qrupları tələbələri üçün Azercell Plazada tanışlıq səfəri təşkil edilib, onlar üçün “GSM Texnologiyası ilə tanışlıq”, “Məhsulların idarə olunması”, “Öz Brendini Yarat” movzularında qısa sessiyalar keçirilib.

Məlumat üçün bildirək ki, SABAH Karyera Qış Məktəbi layihəsinin keçirilməsində məqsəd sonuncu kursda təhsil alan SABAH tələbələrinə uğurlu karyera başlanğıcı üçün lazım olan bacarıqları aşılamaqdır. SABAH qrupları Təhsil Nazirliyinin təşəbbüsü ilə 2014-2015-ci tədris ilində 7 ali təhsil müəssisəsində yaradılıb. SABAH layihəsinin əsas məqsədi ali təhsildə keyfiyyətin yüksəldilməsi, yeni və fərqli mühitin yaradılması, müasir tələblərə uyğun kadr hazırlığının təmin edilməsidir. Hazırda SABAH qrupları 11 ali təhsil müəssisəsində fəaliyyət göstərməklə 45 ixtisas və 2300-dən artıq tələbəni əhatə edir. Bu tədris ilində 740-dan artıq SABAH tələbəsi məzun olacaq.

 

Günel

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Azercell SABAH tələbələrinə dəstəyi davam etdirir

Azercell SABAH tələbələrinə dəstəyi davam etdirir

06-06-2017
Azercell Qubada təlimlər təşkil edib

Azercell Qubada təlimlər təşkil edib

22-02-2018
SABAH tələbələri Azercell-də təcrübə keçəcək

SABAH tələbələri Azercell-də təcrübə keçəcək

01-05-2017
Azercell təcrübəsini SABAH qrupları ilə bölüşüb

Azercell təcrübəsini SABAH qrupları ilə bölüşüb

15-02-2020
Azercell əməkdaşları bilik və təcrübələrini tələbələr ilə bölüşdülər

Azercell əməkdaşları bilik və təcrübələrini tələbələr ilə bölüşdülər

14-02-2019
Azercell-dən təhsil sahəsində daha bir yenilik-Foto

Azercell-dən təhsil sahəsində daha bir yenilik-Foto

10-02-2017
SABAH tələbələri Azercell-də-Foto

SABAH tələbələri Azercell-də-Foto

02-12-2016
Təhsil Nazirliyi və Microsoft İT tələbələri iş mühitinə hazırlayır

Təhsil Nazirliyi və Microsoft İT tələbələri iş mühitinə hazırlayır

10-06-2016
Azercell tələbələri bir araya topladı-Foto

Azercell tələbələri bir araya topladı-Foto

06-07-2017
Azercell-dən “SABAH” layihəsinə dəstək

Azercell-dən “SABAH” layihəsinə dəstək

16-03-2015
Azercell-də təcrübə keçəcək tələbələrin adları açıqlandı

Azercell-də təcrübə keçəcək tələbələrin adları açıqlandı

03-07-2018
Bu il Azercell daha 25 tələbəni sevindirdi

Bu il Azercell daha 25 tələbəni sevindirdi

22-01-2019
Azercell-də təcrübə keçmək istəyənlərin nəzərinə

Azercell-də təcrübə keçmək istəyənlərin nəzərinə

03-04-2018
Azercell 2020-ci il Tələbə Təqaüdü Proqramının nəticələrini elan edib

Azercell 2020-ci il Tələbə Təqaüdü Proqramının nəticələrini elan edib

29-01-2020
SABAH qrupu tələbələrinin 2-ci Forumu başa çatdı

SABAH qrupu tələbələrinin 2-ci Forumu başa çatdı

07-12-2015
Azercell Karyera Sərgisində iştirak edib

Azercell Karyera Sərgisində iştirak edib

01-03-2016
SABAH qruplarından yeni elektron sistem

SABAH qruplarından yeni elektron sistem

04-12-2017
"Sabah city" texnoparkı yaradılacaq

"Sabah city" texnoparkı yaradılacaq

27-06-2024
Nazir: SABAH.HUB Azərbaycanın təhsil və startap ekosisteminə töhfə verəcək

Nazir: SABAH.HUB Azərbaycanın təhsil və startap ekosisteminə töhfə verəcək

27-06-2024
Azercell daha 25 tələbəyə təqaüd verəcək

Azercell daha 25 tələbəyə təqaüd verəcək

09-01-2018
Qafqaz Universitetinin tələbələri Azercell-də

Qafqaz Universitetinin tələbələri Azercell-də

17-04-2015
Hesab.az təhsilin inkişafına dəstək olur

Hesab.az təhsilin inkişafına dəstək olur

25-02-2019
BMU ilə “Sabah Academy” əməkdaşlıq edib

BMU ilə “Sabah Academy” əməkdaşlıq edib

15-04-2024
 Azercell tələbələrə dəstək oldu

Azercell tələbələrə dəstək oldu

14-03-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə