Previous Next
Bağla

Azercell-dən təhsil sahəsində daha bir yenilik-Foto

10-02-2017 15:15
Azercell-dən təhsil sahəsində daha bir yenilik-Foto

Azərbaycanda gənclərin peşəkar və fərdi inkişafına daim dəstək olan Azercell Telekom MMC bu qəbildən növbəti təşəbbüsə qoşulub.

Belə ki, Təhsil Nazirliyində Azercell Telekom MMC-nin də rəsmi tərəfdaşı olduğu SABAH Karyera Akademiyasının təqdimatı baş tutub.

Şirkətdən Xeberler.az-a verilən məlumata görə,  SABAH Karyera Akademiyası proqramı ilk SABAH məzunlarının gələcək peşəkar inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi və bu sahədə tələbələrə dəstək verilməsi məqsədilə hazırlanıb.

Proqram çərçivəsində Təhsil Nazirliyi və Azercell istedadlı tələbələrin tədrisdənkənar fəaliyyətlərinin səmərəliliyini artırmaq, nəzəri və praktiki baxımdan hərtərəfli hazırlığa malik ali təhsilli gənclər yetişdirmək məqsədilə birgə fəaliyyət göstərirlər.

Təqdimat mərasimində çıxış edən Azercell Telekom MMC prezidenti Vahid Mürsəliyev bildirib ki, təmsil etdiyi şirkət Azərbaycanın təhsil sistemindəki yenilənməni, inkişaf tendensiyalarını davamlı olaraq izləyir:

“Lakin biz müşahidəçi olmaqla kifayətlənməyib, öz yardımımızı, dəstəyimizi də əsirgəmirik. Azercell hər zaman təhsilə dəstək fəaliyyətini sosial məsuliyyət strategiyasının əsas sahəsi olaraq görüb. İstər paytaxtda, istərsə də regionlarda Azərbaycanın bir çox qabaqcıl universitetləri, məktəbləri ilə əməkdaşlıq edən şirkətimiz yüzlərlə tələbəyə iş imkanı yaradıb. Azercell 20 ildir ki, Azərbaycanın ən layiqli işəgötürəni siyahısında ön sıralardadır. Biz insana sərmayə ilə şirkətimizin, dövlətimizin inkişafına yatırım etmək yolunu seçmişik”.

V. Mürsəliyev qeyd edib ki, Azercell-in SABAH qrupu ilə əməkdaşlığa qərar verməsi təsadüfi deyil. Çünki bu layihə Azərbaycan təhsilinə yeni baxış, yeni yanaşma, yeni ruh gətirib:

"Biz bunu dəyərləndirməyə bilməzdik  və bu gün memorandum imzalamaqla bu əməkdaşlığı daha çox sistemləşdiririk. Təməlini qoyduğumuz əməkdaşlığın böyük uğurlara yol açacağına ümid edirəm".

Qeyd olunub ki, 17-20 fevral tarixlərində Qubada SABAH Karyera Qış Məktəbi təşkil olunacaq. Bu tədbirdə də Azercell Telekom MMC əməkdaşları tələbələrə gələcək karyeralarını qurmaqda faydalı ola biləcək sessiyalar təqdim edəcəklər.

Memoranduma əsasən, Azercell təcrübə proqramında SABAH tələbələri üçün hər il xüsusi yerlər ayıracaq. Bu il mərhələlərlə seçilən 10 nəfər tələbəyə 2 ay müddətində şirkətdə işləyib təcrübə qazanmaq imkanı yaradılması nəzərdə tutulub. Bir sıra şöbələrdə təcrübə keçərək gənclər eyni zamanda telekommunikasiya sənayesi barədə birbaşa mənbədən bilik qazanmaqla maraqlı və məsuliyyətli layihələrdə iştirak edə biləcəklər.

Akademiya üzvlərinin Barama Sahibkarlıq və İnnovasiya mərkəzindən, xüsusi onlayn materiallar və testlərdən istifadəsinə şərait yaradılacaq.

İmza mərasimindən sonra Azercell təqaüdünə layiq görülmüş 9 tələbəyə sertifikat təqdim olunub.  Həmçinin, Azercell şirkətinə tərəfdaşlıq sertifikatı da təqdim edilib.

Təqdimat mərasimində Təhsil Nazirliyi, SABAH qrupları layihəsi əməkdaşları, Akademiyanın rəsmi tərəfdaşlarının rəhbər əməkdaşları, tələbələr və media nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Azercell-in SABAH qrupları ilə bundan əvvəl də əməkdaşlığı olub. Ötən il Tələbə Təqaüd proqramı çərçivəsində Bakı şəhəri üzrə elan olunmuş yerlərin 50%-i Sabah Qruplarına ayrılıb. Barama İnnovasiya və Sahibkarlıq mərkəzi ilə əməkdaşlıq nəticəsində 6 ay müddətində davam edən inkubasiya proqramına seçilən 5 komandadan biri məhz SABAH qruplarının tələbələri olub. Ötən ilin sonunda SABAH qrupları tələbələri üçün Azercell Plazada tanışlıq səfəri təşkil edilib, onlar üçün “GSM Texnologiyası ilə tanışlıq”, “Məhsulların idarə olunması”, “Öz Brendini Yarat”movzularında qısa sessiyalar keçirilib.

SABAH qrupları Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşəbbüsü ilə 2014/2015-ci tədris ilində 7 ali təhsil müəssisəsində yaradılmış ən aparıcı layihələrdəndir. Hazırda SABAH qrupları 11 ali təhsil müəssisəsində fəaliyyət göstərməklə 45 ixtisas və 2300-dən artıq tələbəni əhatə edir. 2016/2017-ci tədris ilində SABAH qruplarından 7 ali təhsil müəssisəsi, 45 ixtisas üzrə 748 tələbə məzun olacaq.

Günel

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Azercell SABAH tələbələrinə dəstəyi davam etdirir

Azercell SABAH tələbələrinə dəstəyi davam etdirir

06-06-2017
SABAH tələbələri Azercell-də təcrübə keçəcək

SABAH tələbələri Azercell-də təcrübə keçəcək

01-05-2017
Azercell Qubada təlimlər təşkil edib

Azercell Qubada təlimlər təşkil edib

22-02-2018
Azercell əməkdaşları bilik və təcrübələrini tələbələr ilə bölüşdülər

Azercell əməkdaşları bilik və təcrübələrini tələbələr ilə bölüşdülər

14-02-2019
Azercell təcrübəsini SABAH qrupları ilə bölüşüb

Azercell təcrübəsini SABAH qrupları ilə bölüşüb

15-02-2020
Azercell təhsilə dəstəyi davam etdirir-Fotolar

Azercell təhsilə dəstəyi davam etdirir-Fotolar

27-02-2017
Azercell tələbələri bir araya topladı-Foto

Azercell tələbələri bir araya topladı-Foto

06-07-2017
Bu il Azercell daha 25 tələbəni sevindirdi

Bu il Azercell daha 25 tələbəni sevindirdi

22-01-2019
Azercell-də təcrübə keçmək istəyənlərin nəzərinə

Azercell-də təcrübə keçmək istəyənlərin nəzərinə

03-04-2018
Azercell 2020-ci il Tələbə Təqaüdü Proqramının nəticələrini elan edib

Azercell 2020-ci il Tələbə Təqaüdü Proqramının nəticələrini elan edib

29-01-2020
Azercell-də təcrübə keçəcək tələbələrin adları açıqlandı

Azercell-də təcrübə keçəcək tələbələrin adları açıqlandı

03-07-2018
SABAH tələbələri Azercell-də-Foto

SABAH tələbələri Azercell-də-Foto

02-12-2016
Azercell daha 25 tələbəyə təqaüd verəcək

Azercell daha 25 tələbəyə təqaüd verəcək

09-01-2018
Azercell Təqaüd və Təcrübə Proqramının qaliblərini təbrik edib

Azercell Təqaüd və Təcrübə Proqramının qaliblərini təbrik edib

05-03-2022
Azercell tələbələrə dəstək olub

Azercell tələbələrə dəstək olub

16-10-2017
Qafqaz Universitetinin tələbələri Azercell-də

Qafqaz Universitetinin tələbələri Azercell-də

17-04-2015
Azercell-dən “SABAH” layihəsinə dəstək

Azercell-dən “SABAH” layihəsinə dəstək

16-03-2015
Azercell  gənclər üçün xüsusi elektron ünvan yaradıb

Azercell gənclər üçün xüsusi elektron ünvan yaradıb

11-05-2016
Tələbələrin Yay Təcrübə Proqramı başa çatdı-Foto

Tələbələrin Yay Təcrübə Proqramı başa çatdı-Foto

05-09-2016
Azercell-dən təqaüd almaq istəyən tələbələrin nəzərinə

Azercell-dən təqaüd almaq istəyən tələbələrin nəzərinə

02-11-2016
Azercell 25 tələbəyə təqaüd ayırdı

Azercell 25 tələbəyə təqaüd ayırdı

22-12-2022
Təhsil Nazirliyi və Microsoft İT tələbələri iş mühitinə hazırlayır

Təhsil Nazirliyi və Microsoft İT tələbələri iş mühitinə hazırlayır

10-06-2016
Azercell-dən ADNSU  tələbələrinə əməkdaşlıq imkanı

Azercell-dən ADNSU tələbələrinə əməkdaşlıq imkanı

05-04-2016
Azercell tələbələrlə görüşüb

Azercell tələbələrlə görüşüb

14-10-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə