“Azərkosmos”la “Gilat” birgə müqavilə imzaladı

04-12-2014 / 22:26

Qafqazda yeganə peyk operatoru olan “Azərkosmos” ASC,  dünyada peyk şəbəkəsi texnologiyaları, həllər və xidmətlər üzrə lider olan “Gilat Satellite Networks Ltd.” ilə müştərilərin tələblərinə uyğun cavab verən və geniş tətbiq sahələri olan peyk xidmətləri üçün “Sky Edge II-c” şəbəkəsinin istifadəsinə dair müqavilə imzalayıblar.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Xeberler.az-a verilən məlumata görə, “Gilat”ın baş icraçı direktoru Erez Antebi qeyd edib ki; “Biz  Azərbaycanın və Mərkəzi Asiya regionunun aparıcı peyk operatoru tərəfindən seçildiyimiz üçün çox şadıq. “Azərkosmos” ilə birgə müştərilərə, özəl və dövlət sektorundan olan qurumlara  yüksək kommunikasiya xidmətlərinin göstərilməsi bizim üçün qürurverici bir haldır”.  

“Gilat Satellite Networks Ltd.” (NASDAQ, TASE: GILT)   peyk əsaslı genişzolaqlı kommunikasiya məhsulları və xidmətləri təklif edən aparıcı şirkətdir. “Gilat” müxtəlif növ yüksək keyfiyyətli yerüstü avadanlıq və VSAT-ların istehsalı və satışını həyata keçirir. Ka-diapazon bazarından olan müştərilər şirkət üçün yüksək əhəmiyyət kəsb edir.  Əlavə olaraq, “Gilat”  mobil  “SOTM” (Satellite-on-the-Move) həllər, aşağı hündürlüklü antenalar, yeni  nəsil  tranzistor gücləndiriciləri və modemlər təklif edir. 25 ildən çox təcrübəyə malik və 85-dən çox ölkəyə bir milyondan artıq məhsul ixrac edən “Gilat”  müəssisələri, xidmət göstərən şirkətləri və operatorları effektiv və yüksək etibarlı peyk əsaslı rabitə və mobil həllərlə təmin edir.

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə