“Azərkosmos”un ixrac gəlirləri 11 faizə yaxın azalıb

31-07-2025 / 11:19

Bu ilin yanvar-iyun aylarında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik (“Azərkosmos”) 8,5 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edib.

Xeberler.az məlumat verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın iyul sayında bildirilir.

Sənədə əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,5 % azdır.

6 ayda peyk telekommunikasiya xidmətlərini 41 ölkədən təxminən 100 şirkət idxal edib. 1 il əvvələ nisbətən ölkələrin sayı 7 vahid azalıb. Əsas ixrac istiqamətləri Böyük Britaniya (2,3 milyon ABŞ dolları), Lüksemburq (1,8 milyon ABŞ dolları), Nigeriya (436 min ABŞ dolları), Türkiyə (385,1 min ABŞ dolları) və Misir (357,9 min ABŞ dolları) olub.

Hesabat dövründə “Azərkosmos”un ixrac gəlirlərinin onun ümumi gəlirlərindəki payı isə 78 %-dən 65 %-ə düşüb.

Təkcə iyunda isə “Azərkosmos” 1,5 milyon ABŞ dollar dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edib. Bu isə illik müqayisədə 6,25 % azdır.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə