“Azərkosmos”un ixrac gəlirləri azalıb

30-06-2025 / 16:34

Bu ilin yanvar-may aylarında Azərbaycan Kosmik Agentliyi(Azərkosmos) dünyanın 40 ölkəsinə 7 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edib.

Xeberler.az bildirir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təqdim etdiyi "İxrac icmalı"nın iyun sayında qeyd olunub.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,4 % azdır.

Beş ayda “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 65%-ni təşkil edib.

Bu ilin may ayında isə “Azərkosmos” dünyanın 33 ölkəsinə 1,4 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.

Hesabat dövründə peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində 1,9 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 1,5 milyon ABŞ dolları ilə Lüksemburq, 345,6 min ABŞ dolları ilə Nigeriya, 300,6 min ABŞ dolları ilə Türkiyə, 298,2 min ABŞ dolları ilə Misir qərarlaşıb.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə