Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC-nin beynəlxalq poçt göndərişlərinin qəbulunu bərpa etdiyi ölkələrin sayı 40-a çatıb.
Belə ki, qurum tərəfindən yük aviaşirkətləri ilə danışıqlar davam etdirilərək beynəlxalq poçtdaşımaları barədə yeni razılıqlar əldə olunub.
Xeberler.az bildirir ki, hazırda poçt şöbələrində və “Şəbəkə” xidmət mərkəzlərində Almaniya, Amerika Birləşmiş Ştatları, Avstriya, Belçika, Böyük Britaniya, Bolqarıstan, Çexiya, Çin, Danimarka, Fransa, Finlandiya, Honkonq, Gürcüstan, Estoniya, Xorvatiya, İsrail, İsveç, İsveçrə, İtaliya, İspaniya, Koreya, Qazaxıstan, Qırğızıstan, Latviya, Litva, Macarıstan, Niderland, Norveç, Polşa, Portuqaliya, Rumıniya, Rusiya, Serbiya, Sinqapur, Slovakiya, Sloveniya, Tailand, Türkiyə, Ukrayna və Yaponiyaya beynəlxalq poçt göndərişlərinin qəbulu aparılır. Digər ölkələrə də göndərişlərin həyata keçirilməsi üçün danışıqlar davam etdirilir. Yeniliklər olduğu halda məlumatlar “Azərpoçt” MMC-nin saytında (azerpost.az) yerləşdiriləcək.
Qeyd edək ki, hazırda adıçəkilən ölkələrdən Azərbaycana daxil olan beynəlxalq poçt göndərişlərinin təyinat məntəqələrinə çatdırılmasında məhdudiyyət yoxdur.
Xatırladaq ki, vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınmaqla “Azərpoçt” MMC 14 aprel tarixindən etibarən 18 ölkəyə, aprelin 29-dan isə daha 16 ölkəyə beynəlxalq poçt göndərişlərinin qəbulunu bərpa edib. Yeni qərarla qeyd olunan dövlətlərin sayı 40-a çatdırılıb.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri