“Azərpoçt” MMC-nin rəhbərliyi bu həftə növbəti “səyyar qəbul”lar təşkil edəcək

28-02-2011 / 15:23

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Azərpoçt” MMC-nin rəhbərliyi tərəfindən ölkənin regionlarında vətəndaşların irad və təkliflərini dinləmək məqsədilə “səyyar qəbul”ların təşkili davam etdirilir.

Nazirlikdən «
APA-ECONOMICS»ə verilən məlumata görə, müvafiq qrafikə uyğun olaraq «səyyar qəbullar» martın 1-də Ağdaş və Göyçay, martın 2-də Ucar və Kürdəmir, martın 3-də isə Hacıqabul rayonlarında təşkil olunacaq. Qəbullarda rayon poçt filiallarının və şöbələrinin rəisləri iştirak edəcək.

Qeyd edək ki, əhalinin poçt sahəsində olan suallarının cavablandırılması, onların maarifləndirilməsi, problemlərin həllində köməklik göstərməsi, eləcə də digər lazımi tədbirlərin görülməsi məqsədini daşıyan «səyyar qəbul»lar «Azərpoçt» tərəfindən mütəmadi olaraq regionlarda təşkil olunur. 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə