Xeberler.az bildirir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki “Azərpoçt” MMC koronavirus (COVİD-19) xəstəliyi ilə mübarizə üzrə Azərbaycan hökuməti tərəfindən aparılan profilaktik tədbirlərlə əlaqədar vətəndaşlara səyyar xidmət də göstərir.
Əsas məqsəd xüsusi karantin rejimində vətəndaşların yaşadıqları ərazidən uzaqlaşmayaraq maliyyə xidmətlərindən istifadəsini təmin etməkdir.
Layihəyə Sabunçu rayonunun Zabrat və Ramana qəsəbələrindən start verilib. Səyyar poçt xidməti vasitəsi ilə vətəndaşlara maliyyə xidmətləri göstərilib. Vətəndaşlar rabitə və kommunal xidmət haqlarını, daxili, beynəlxalq pulköçürmələrini və bir çox digər xidmətlər üzrə ödənişləri həyata keçiriblər.
Bununla yanaşı, adıçəkilən qəsəbələrin sakinlərinə xüsusi karantin rejimində poçt xidmətlərindən istifadə qaydaları izah olunub, onların sualları cavablandırılıb.
Qeyd edək ki, “Azərpoçt” MMC tərəfindən həyata keçirilən səyyar xidmət növbəti günlərdə digər Bakıətrafı qəsəbələrdə davam etdiriləcək.
Xatırladaq ki, əhaliyə göstərilən xidmətlərin fasiləsizliyinin təmin olunması üçün hazırkı dönəmdə də “Azərpoçt” MMC-nin müvafiq poçt şöbələrində və “Şəbəkə” xidmət mərkəzlərində növbəli iş rejimi davam etdirilir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri