Azərbaycan “Avropa Poçtu Filateliya Forumu 2025”də təmsil olunub

11-06-2025 / 08:53

Aland adalarının Mariehamn şəhərində Avropa Poçtunun təşkilatçılığı ilə Filateliya Forumu keçirilib.

Xeberler.az “Azərpoçt”a istinadən məlumat verir ki, forum filateliya sahəsində bilik və təcrübə mübadiləsini təşviq etmək, həmçinin bu sektorun davamlı inkişafını dəstəkləmək məqsədilə təşkilatları və aidiyyatı şəxsləri bir araya toplayıb.

Tədbirdə Avropa və digər regionlardan olan poçt təşkilatlarının filateliya üzrə məsul əməkdaşları və bu sahənin ekspertləri iştirak ediblər.

Bu forumda “Azərpoçt”u Marka şöbəsinin müdiri Sitarə Hüseynova təmsil edərək, görüş və müzakirələrdə iştirak edib.

İki gün davam edən forum çərçivəsində filateliyanın müasir çağırışlar fonunda inkişaf perspektivləri, innovativ yanaşmalar, rəqəmsallaşma, marka sənətkarlığı və beynəlxalq əməkdaşlıq imkanları müzakirə olunub.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə