Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyevin əmrinə əsasən “Azərpoçt” MMC-nin “Fədakar rabitəçi” fəxri adı ilə təltif edilən əməkdaşlarına mükafatlar təqdim olunub.
MMC-dən Xeberler.az-a bildirilib ki, “Azərpoçt”un 3 saylı Poçt Filialının 149 saylı poçt şöbəsinin əməliyyatçısı Sevinc Aslanovaya və Xocalı Rayon Rabitə Qovşağının sabiq poçtalyonu Məryəm Hümbətovaya mükafatları qurumun baş direktoru Əfqan Cəlilov təqdim edib.
Əməkdaşları fəxri ada layiq görülmələri münasibətilə təbrik edən baş direktor Ə.Cəlilov onların rabitə sahəsindəki uzunmüddətli səmərəli fəaliyyətini yüksək qiymətləndirib. Qeyd edib ki, M.Hümbətova və S.Aslanova Birinci Qarabağ müharibəsi zamanı döyüş bölgələrində və sərhədyanı zonalarda poçtalyon kimi fəaliyyət göstəriblər. Xüsusi fədakarlıqları ilə hər zaman örnək olublar.
Təltif olunan əməkdaşlar xidmətlərinə verilən yüksək qiymətə görə təşəkkürlərini bildiriblər.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri