Azexport “Baku Transit Forum 2021: Smart City” adlı beynəlxalq konfrans keçirir

01-04-2021 / 14:01

Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Azexport.az” internet portalı Azərbaycan Respublikasının Mərkəzi Bankının dəstəyilə 6 aprel 2021-ci il tarixində “Baku Transit Forum 2021: Smart City” adlı beynəlxalq onlayn tədbir təşkil edir.

Xeberler.az bildirir ki, forumda Azərbaycan, Rusiya, Ukrayna, Gürcüstan, Belarus, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələri təmsil edən dövlət qurumlarının nümayəndələri və qabaqcıl şirkətlərin rəhbərləri nəqliyyat infrastrukturunda tətbiq olunan yeni nəsil nağdsız ödəniş texnologiyaları, innovativ layihələr, “ağıllı şəhər” modelinin qabaqcıl nümunələri, iqtisadi və sosial faydaları, nəqliyyat infrastrukturunda əldə olunan nailiyyətlər və perspektivləri barədə təqdimatlarla çıxış edəcəklər. Forum Azərbaycan dilində keçiriləcək və ingilis dilinə sinxron tərcümə olunacaq.

Forumda iştirak etmək istəyən şəxslər aşağıda təqdim olunan keçid linkindən qeydiyyatdan keçə bilərlər. (Qeydiyyat mütləqdir)

Qeydiyyat linki: https://www.Smart-City2021.ereforms.org


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə