İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Azexport” portalının rəhbəri Ayxan Qədəşov Özbəkistana səfər edib. O, Azərbaycan nümayəndə heyəti ilə birlikdə Özbəkistanın Ali Təhsil, Elm və İnnovasiyalar nazirinin müavini Sərvərxan Buzrukxanovla görüşüb.
Xeberler.az məlumat verir ki, görüşdə iki ölkə liderlərinin yüksək səviyyəli səfərləri nəticəsində ali təhsil sahəsində qarşılıqlı əlaqələrin növbəti mərhələyə qədəm qoyduğu vurğulanıb, uzunmüddətli sosial-iqtisadi əməkdaşlığın perspektivləri və prioritetlərinin öyrənilməsi və təhlili məsələləri, dövlətlərarası elmi ekspertlər şurasının formalaşdırılması müzakirə edilib.
Ayxan Qədəşov həmçinin Özbəkistanın Ticarət və Sənaye Palatasının nümayəndələri ilə görüşüb. O, “Azexport.az” portalı tərəfindən yaradılan Azərbaycanın və regionun ilk virtual sərgi və konfrans məkanı barədə təqdimatla çıxış edib, layihənin icrası və platformanın iş prosesi ilə bağlı məlumat verib. Görüşdə portalın elektron sərgi salonuna Özbəkistan istehsalçılarının məhsullarının əlavə edilməsi və elektron stendin təşkili ilə bağlı fikir mübadiləsi aparılıb. Danışıqlar nəticəsində müştərək müəssisələrin yaradılması, iki qurum arasında əməkdaşlığın artırılması ilə bağlı razılıq əldə olunub.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri