İşğaldan azad olunmuş Ağdam şəhərinin “Azersky” peykindən əldə edilmiş təsviri

20-11-2020 / 17:45

27 ildən sonra Ağdam rayonunun Ermənistan tərəfindən işğalına son qoyuldu.

Xeberler.az-ın məlumatına görə, “Azərkosmos” ASC-dən bildirilib ki, Azərbaycanın qədim, füsunkar gözəlliyi olan Ağdam şəhərinin işğaldan azad olunduqdan sonra “Azersky” peyki ilə çəkilmiş təsviri təqdim edilib.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi-diplomatik məharəti və ordumuzun hərbi gücü sayəsində Ağdam rayonu özünün əsl sahibinə – Vətənimizə qayıtdı.

Ermənistanın Ağdam rayonunun ərazisində istər infrastruktur, istərsə də ekologiya ilə qəddarcasına rəftarı bir daha erməni vandalizmini əyani şəkildə sübut edir.

İşğal dövrü ərzində Ağdam rayonundakı “Cümə məscidi”, “Şahbulaq qala kompleksi”, türbələr, “Çörək muzeyi” və digər unikal eksponatlar ermənilər tərəfindən dağıdılıb, Ağdam şəhəri yerlə-yeksan olunub.

Ağdam rayonunun landşaftı, kommunikasiya şəbəkəsi erməni barbarlığının qurbanına çevrilib, rayonun turizm infrastrukturu da tamamilə məhv edilib.

Bu gündən etibarən isə artıq Ağdam azaddır!

Biz qalib gəldik! Ağdam Azərbaycandır! Qarabağ Azərbaycandır!


ŞƏRHLƏR






sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.