Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC təqdim etdiyi informasiya təhlükəsizliyi xidmətləri sahəsinin genişləndirilməsi məqsədilə Türkiyənin qabaqcıl texnologiya şirkətlərindən biri olan “Çekino Group” ilə əməkdaşlığa başlayıb.
Tərəflər arasında keçirilən görüşdə “AzInTelecom”un İdarə Heyətinin sədri vəzifəsini icra edən Elxan Əzizov ilə “Çekino Group” şirkətinin baş direktoru Erol Yılmaz satış və əməkdaşlıq müqaviləsi imzalayıb.
Müqaviləyə əsasən, “Çekino Group” şirkətinə məxsus olan və “AzInTelecom”un sistem əməliyyatlarının idarə edilməsində tətbiq edilən “Guardian” məhsulunun Azərbaycanda satışı və istifadəsini stimullaşdırmaq üçün tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
E.Yılmaz bildirib ki, təhlükəsizlik və digər sahələr üzrə təklif etdikləri məhsul, xidmət və layihələr çərçivəsində müxtəlif ölkələrdə fəaliyyət göstərirlər. O, Azərbaycanda rəqəmsal transformasiya prinsipini mənimsəyən “AzInTelecom” ilə əməkdaşlıq sayəsində yaxşı nəticələr əldə edəcəklərinə inandığını qeyd edib.
Ölkənin bir sıra böyük şirkət və dövlət qurumlarının informasiya resurslarını etibar etdiyi “AzInTelecom”un müştəriləri informasiya təhlükəsizliyinin auditi, konsaltinqi və kibertəhlükəsizlik xidmətlərindən istifadə edə bilərlər.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri