Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin dəstəyi, BMT-nin İnkişaf Proqramı və “IDEA” İctimai Birliyinin birgə təşəbbüsü ilə yaradılan “Hydro Heroes” mobil tətbiqi artıq istifadəyə verilib.
Xeberler.az-ın məlumatına görə, “AzInTelecom”dan bildirilib ki, suyun qənaətinə yönələn “Hydro Heroes” tətbiqi Azərbaycan vətəndaşlarına geolokasiyadan istifadə edərək mobil telefonlarından su sızıntısı haqqında məlumatı və görüntüləri birbaşa aidiyyəti quruma göndərmək, problemin həlli ilə bağlı cavab əldə etmək imkanı verir. Bu da öz növbəsində vaxt və su itkisinin qarşısını əhəmiyyətli dərərəcədə alır.
Azərbaycanda son zamanlar aktual olan su ekologiyasının problemlərinin həlli, suya qənaət və Kür çayının su ehtiyatının qorunması ilə bağlı maarifləndirmə işlərinə yüksək həssaslıqla yanaşan “AzInTelecom” MMC-nin təqdim etdiyi “Azcloud“ bulud infrastrukturu əsasında yaradılan “Hydro Heroes” mobil tətbiqi mühüm ekoloji problemin aradan qaldırılması missiyasını yerinə yetirir.
Qeyd edək ki, “Azcloud” bu layihə üçün infrastrukturu təmənnasız olaraq təqdim edir. Azərbaycanda ilk bulud xidmətlərini təqdim edən “Azcloud” “AzInTelecom” MMC-nin nəzdində yerləşən əlçatanlıq zonasıdır və rezervlənmə, arxivləşdirmə, videokonfrans, təhlükəsizlik, virtual IP telefoniya kimi xidmətləri təqdim edir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri