Noyabrın 4-də Azərbaycan Texniki Universitetinin (AzTU) akt zalında SİMA-nın sponsorluğu, “Alas Academy”nin təşkilatçılığı ilə “TechConnect Week ‘26” tədbiri keçirilib. AzTU İnkubasiya Mərkəzinin tərəfdaşlığı ilə baş tutan və Elşad Yusiflinin rəhbərliyi ilə həyata keçirilən tədbir süni intellekt mövzusuna həsr olunub. Tədbirdə universitetin müxtəlif fakültələrində təhsil alan tələbələr iştirak ediblər.
Xeberler.az bildirir ki, tədbirin əsas məqsədi tələbələrin süni intellekt sahəsindəki son yeniliklər barədə məlumatlandırılması, onların bu sahəyə marağının artırılması və gələcək karyeraları üçün zəruri bacarıqlar haqqında təsəvvür formalaşdırılması olub. Tədbir həmçinin tələbələrlə sahə mütəxəssisləri arasında birbaşa ünsiyyət üçün imkan yaradıb.
Tədbirdə sahənin peşəkar mütəxəssisləri – “Alas Academy”nin təlimçisi, “North West” şirkətinin AI mühəndisi Natiq Məmişov və “Alas Academy”nin təlimçisi, AYNA-nın Data Science komandasının rəhbəri Tərlan Cəbiyev çıxış ediblər.
“AI istifadəçisindən AI mühəndisinə: Müasir AI sistemlərinin arxitekturasını necə qururuq?” mövzusunda çıxışda müasir süni intellekt sistemlərinin qurulma prinsipləri, onların əsas komponentləri və real layihələrdə tətbiqi barədə məlumat verilib. Spikerlər tələbələrin süni intellekt alətlərinin sadəcə istifadəçisi olmaqla kifayətlənməməli, bu sistemlərin necə işlədiyini anlamalı və onları qurmağı öyrənməli olduqlarını vurğulayıblar.
“AI dövründə developer olmaq: Gələcəyin mühəndisi hansı bacarıqlara sahib olmalıdır?” mövzusunda çıxışda isə süni intellektin proqram təminatı sahəsinə təsiri, developerlərin iş prosesində baş verən dəyişikliklər və gələcəyin mühəndisi üçün önəmli olan texniki və şəxsi bacarıqlar müzakirə olunub. Mütəxəssislər öz təcrübələrini bölüşərək tələbələrə sahədə inkişaf yolları ilə bağlı tövsiyələr veriblər.
Hər çıxışdan sonra tələbələrlə sual-cavab sessiyası keçirilib. Tələbələr süni intellekt sistemlərinin qurulması, sahədə karyera imkanları və öyrənmə yolları ilə bağlı suallarını spikerlərə ünvanlayıb, ətraflı cavablar alıblar.
Tədbirin sonunda sual-cavab sessiyalarında ən fəal olan üç tələbə Alas Academy və SİMA tərəfindən hədiyyələrlə təltif olunub.





























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları