“Bitget” şirkətinin icraçı direktoru Vüqar Usi Zadə Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyevlə görüşüb. Görüşdə AzTU-nun Rəqəmsal Transformasiya Şurasının üzvləri və universitetin nümayəndələri də iştirak edib.
Xeberler.az bildirir ki, müasir rəqəmsal dünyada baş verən yeniliklərdən danışan rektor deyib ki, AzTU-da blokçeyn texnologiyası sahəsində peşəkar kadr hazırlığı, elmi-tədqiqatların aparılması prioritet məsələlərdəndir. Bunun üçün universitet “Bitget” kimi müəssisələrlə əməkdaşlıq etməkdə maraqlıdır.
Öz növbəsində “Bitget” şirkətinin icraçı direktoru Vüqar Usi Zadə dünyanın müxtəlif aparıcı universitetləri ilə rəhbərlik etdiyi şirkətin əməkdaşlığı barədə məlumat verib. Bildirib ki, şirkət nümayəndələri beynəlxalq səviyyədə əldə etdiyi biznes təcrübələrini AzTU tələbələri ilə bölüşməyə hazırdır. O, AzTU-da universitet-sənaye işbirliyi istiqamətində görülən işləri də yüksək qiymətləndirib.
Görüşdə şirkətin universitetlə birgə tədris və seminarlar təşkil etməsi, tədqiqat və təcrübə imkanları, müxtəlif innovasiya müsabiqələrində tələbələrin iştirakı, istedadlı tələbələrə xüsusi təqaüdlərin verilməsi istiqamətində müzakirələr aparılıb.
Daha sonra görüş sual-cavab formatında davam etdirilib.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları