Azərbaycanın ilk mobil rabitə operatoru olan “Bakcell” şirkəti MNP sisteminin tətbiqindən gözlədiyi effekti əldə etməyib.
Şirkətin icraçı direktoru Riçard Şirerin “ICTnews” xəbər xidmətinə verdiyi məlumata əsasən, sistemin tətbiqi nəticəsində gözlənilən abunə sayının artımı baş verməyib.
“Bakcell şəbəkəsinə digər operatorların şəbəkəsində keçən abunələr var, lakin onların sayı bizim gözləntilərimizə cavab vermir. Bunun da səbəbi MNP sistemində mövcud olan texniki problemlərdir. Bu problemlər üzündən qeydiyyat və nömrələrin daşınması prosesləri çox ləng gedir, bu da öz növbəsində sistemin effektiv işinə mane törədir. Problemlərin mövcudluğu sistemin işini təşkil edən bütün strukturlara aiddir, mərkəzi sistemdə qeydiyyatla bağlı problemlər mövcuddur, misal üçün, dilerlərin kompüterlərində Azərbaycan şrifti olmadığı halda, nömrəsini bir şəbəkədən digər şəbəkəyə keçirmək istəyən hər hansı şirkətin və ya istifadəçinin adında “ə” hərfi yerinə “e” hərfi yazıldıqda bu, sistem tərəfindən səhv kimi qəbul edilir və onlar qeydiyyatdan keçə bilmir, nömrənin daşınması prosesi ləngiyir”,- deyə o bildirib.(İctnews)
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri