“Bakcell”in baş icraçı direktoru Klaus Müller hər il dünyanın müxtəlif ölkələrindən biznes liderlərinin iqtisadi, texnoloji və strateji məsələlərlə bağlı mövqelərini əks etdirən “PwC illik CEO sorğusu”nda iştirak edib.
Xeberler.az bildirir ki, “PwC Azərbaycan” nümayəndələri ilə müsahibə zamanı Klaus Müller ölkədə sürətlənən rəqəmsal və texnoloji inkişafın tendensiyaları ilə bağlı fikirlərini bölüşüb. O, innovasiyanın telekommunikasiya və texnologiya sənayesini dəyişdirən gücünü, süni intellektin genişlənən tətbiq sahələrini və qlobal trendlərin yaratdığı yeni imkanları vurğulayıb. Klaus Müller davamlı yenilənən texnoloji mühitə çevik adaptasiyanın və gələcəyə yönəlmiş milli ekosistemin formalaşmasında sahələrarası əməkdaşlığın vacibliyini diqqətə çatdırıb.
"İnnovasiya və süni intellekt “Bakcell”in inkişaf strategiyasının əsasını təşkil edir. Bu istiqamətdə görülən ardıcıl və strateji işlər vasitəsilə biz məhsul və xidmətlərimizdə tətbiq etdiyimiz yeniliklərlə yanaşı, Azərbaycanın rəqəmsal gələcəyinin qurulmasına töhfə verməyi hədəfləyirik.” - deyə Müller bildirib.
“PwC Qlobal” tərəfindən keçirilən sorğu ölkələr üzrə aparıcı şirkət rəhbərlərinin iqtisadi vəziyyət, dayanıqlılıq, texnoloji inkişaf və gələcək perspektivlərə dair mövqelərini əhatə edir. 2024-cü ildə 109 ölkədən 4701 şirkət rəhbərlərinin iştirak etdiyi sorğunun nəticələri İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumu çərçivəsində təqdim olunub. 2025-ci ilin sorğusunda xüsusilə, rəqəmsal transformasiya, süni intellektin təsiri və dayanıqlı inkişaf məsələləri ön plana çıxarılıb.
"Bakcell" haqqında
"Bakcell" Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan "Bakcell" süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.
"Bakcell" müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları