Previous Next
Bağla

"Azəriqaz" hansı sayğaclardan istifadə edir?-TƏHLİL

16-01-2023 19:20
 "Azəriqaz" hansı sayğaclardan istifadə edir?-TƏHLİL
Məlumat verdiyimiz kimi, bir neçə gün öncə "Azəriqaz" "ASAN Xidmət"lə birgə elektron xidmətlərin təqdimatını edib.
 
"Düşündüm ki, yəqin Prezidentin imzaladığı fərmanlarda və sosial-iqtisadi inkişaf strategiyasında nəzərdə tutulan "kommunal xidmətlərin vahid informasiya sistemini" təqdim ediblər. Lakin təəssüf ki, söhbət adi informativ yönümlü xidmətlərdən gedirmiş.Görünən isə odur ki, kommunal qurumlar, xüsusən də "Azəriqaz" rəhbərliyi tərəfindən əhali arasında, abonentlər arasında nə qədər iş canlandırılsa da problemlər qalır".
 
Bunu Xeberler.az-a Azərbaycan İnternet Forumunun prezidenti, ekspert Osman Gündüz məsələni şərh edərkən deyib.
 
Onun sözlərinə görə, illər öncə "ASAN Kommunal" yaratmaq mümkün olduğu halda, keçən dövr ərzində rəqəmsallaşma xeyli inkişaf etməsinə baxmayaraq onun rəqəmsal variantını yaratmaq mümkün olmayıb:
 
"Əgər belə bir sistem qurmaq mümkün olsa vətəndaşlar bir şəxsi kabinet vasitəsilə onlayn formada bütün kommunal xidmətlərə nəzarət edə bilərdi, sərfiyyatı izləyə bilərdi, müqayisələr apara bilərdi, proseslər tam elektronlaşardı, limitlərin sıfırlanması bir anda baş verərdi, distant formada sayğacla bağlı qərarlar icra olunardı, qeyri-qanuni müdaxilələr aradan qalxardı və s.Bu sistemin qurulması və işləməsi üçün təbii ki ağıllı sayğaclar, kənardan idarə olunan sayğaclar lazımdır.
Son zamanlar Azəriqaz həm mexaniki sayğacların "ağıllı" -onlayn formaya keçirilməsi, eləcə də onlayn rejimdə işləyən ağıllı sayğaclar quraşdırılmasına diqqəti artırıb. Amma təəssüf ki, kommunal sektorda "ağıllı" sayğaclar yetərli deyil.
Azəriqaz son dövrlərdə smart-kart tipli sayğacları mexaniki-elektron tipli sayğaclarla əvəz edib və bu proses davam edir. Eyni zamanda yeni smart-kart sayğaclar və tam onlayn rejimdə işləyən sayğaclar tətbiq etməyə başlayıb".
 
Osman Gündüz bildirib ki,ümumiyyətlə, hazırda "Azəriqaz" şəbəkəsində aşağıdakı sayğac tiplərindən istifadə edilir :
 
-Smartkart tipli sayğaclar, oflayn rejimdə işləyir
 
-Mexaniki-elektron sayğaclar, oflayn işləyir
 
- Mexaniki-elektron saygaclar+ona quraşdırılmış xüsusi qurğu, radiodalğalar vasitəsilə onlayn rejimdə işləyir
 
-Mobil operatorların Sim-kartı ilə təmin edilən və GPRS texnologiya ilə onlayn rejimdə işləyən sayğaclar
 
Ekspert bildirib ki, təbii inhisar subyekti olan "Azəriqaz" və eləcə də digər kommunal qurumlar bütün sayğac məsələlərinə, onlara avadanlıq və proqram təminatı yüklənməsinə, billing məsələlərinə, məlumatların ötürülməsinə və öz ofislərində emal edilməsinə, bildirişlər hazırlanmasına özləri nəzarət edirlər:
 
"Fikrimcə, təbii inhisar suyektləri üçün bu ciddi risklər yaradır. Məhz cəmiyyəti narahat edən, abonentləri sayğac-sərfiyyat üzrə aldadılacağı ilə bağlı narahat edən əsas məqamları burada axtarmaq lazımdır. Bu sahədə dövlət və ictimai nəzarət imkanlarının təkmilləşdirilməsinə də ciddi ehtiyac var. Ümid edirəm, "Azəriqaz" və adı çəkilən vahid elektron şəbəkənin qurulmasına cavabdeh olan "ASAN" və Energetika Nazirliyi bu sistemi yaxın zamanda heç olmasa pilot rejimdə hazırlaya biləcəklər. Düşünürəm ki, kommunal sektorda vahid rəqəmsal platforma yaratmaqla, sayğaclara dövlət və ictimai nəzarət üçün daha effektiv, ağlabatan, şəffaf mexanizmlər qurmaqla mövcud problemləri birdəfəlik həll etmək olardı".
 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Köhnə nəsil smart tipli qaz sayğacları ləğv edilir

05-05-2023

"Görünən odur ki, Azəriqazda yeni dövr başlayır" - Osman Gündüz

21-07-2025

Sayğacın düz, yo0xsa səhv işləməsini Antiinhisar müəyyən edəcək-ŞƏRH

03-08-2023

Ekspert: Azəriqaz, Azərişıq və Azərsu vahid elektron platformada birləşdiriləcək

25-07-2022

Elektrik sayğaclarına nəzarət də Antiinhisara verildi

06-08-2024

Ekspert: "Sayğac fotosu ilə WhatsApp" əməliyyatı nə dərəcədə uğurlu mexanizmdir?

07-01-2022

İşıq pulu ilə bağlı baş verən billing problemi təkrarlana bilərmi ?

09-03-2019

Ağıllı sayğaclara müdaxilə təhlükəsi varmı ?

16-07-2019

Ekspert: Sayğaclara nəzarət edən vahid informasiya sistemi yaradılmalıdır

02-02-2022

Ekspert: Azəriqaz rəsmisinin açıqlaması olduqca absurd səslənir

08-01-2022

Qazsız bayram: “Azəriqaz”ın ödəniş sistemi çökdü, məsuliyyət ötürüldü

02-01-2026

Yeni qaz sayğacları abonentlərə problemlər yaşatdı

09-01-2019

Bakı və Abşeronda qaz sayğacları dəyişdirilir

26-02-2015

Növbəti “ASAN Kommunal” mərkəzi fəaliyyətə başladı-Foto

06-03-2017

300 mindən çox su sayğacı quraşdırılıb

15-08-2015

Vətəndaşlar "Azəriqaz"ın müayinə aktını mygov ilə izləyə biləcəklər

08-12-2025

"mygov" üzərindən kommunal xidmətlər üzrə abunəçi kodlarının ad dəyişdirilməsi mümkün olacaq

02-10-2024

Tələbələr təhsil haqqını onlayn ödəyəcək

11-09-2015

Azəriqaz İB-nin xidmətləri Səyyar ASAN xidmətdə

01-08-2018

“Texnologiya və innovasiyalar” işçi qrupunun növbəti iclası baş tutub

06-04-2025

Kommunal xidmətlərlə bağlı yenilik

05-09-2017

Kommunal xidmət sahələrində perspektiv planlar müzakirə edilib

11-08-2020

Səyyar ASAN Kommunal Qobuda

20-06-2019

“ASAN Kommunal Mərkəzləri açılacaq”

16-09-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə