Bakıda «ASAN imza - mobil hökumətin açarıdır» konfransı keçirilib

02-05-2013 / 19:40
«Açıq hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı»na uyğun olaraq həyata keçirilən yeni layihənin – Vergilər Nazirliyinin Elektron imza üzrə Sertifikat Xidmətləri Mərkəzinin təqdimatına həsr olunan konfransın əsas məqsədi vergi sistemində ASAN imzaya sahib olmağın prosedur qaydaları, onun üstünlükləri və gələcəkdə vətəndaşların elektron hökumətin xidmətlərindən istifadəsini müzakirə etmək və ictimaiyyətin diqqətinə çatdırmaq olub.

Tədbirdə vergilər naziri Fazil Məmmədov son illər əldə olunan yüksək sosial-iqtisadi nəticələrdə idarəetmə və xidmət sektorlarında mütərəqqi İKT-nin tətbiqinin rolunu qeyd edib. Nazir son illər elektron hökumətin qurulması çərçivəsində Vergilər Nazirliyi tərəfindən elektron xidmətlərin geniş tətbiq olunduğunu bildirərək bu sahədə yeni layihələrin reallaşdırıldığını qeyd edib. Yeni layihələrdən biri də Vergilər Nazirliyinin nəzdində AVİS ilə sıx inteqrasiya olunmaqla bütün mövcud kompyuter əməliyyat sistemlərini və mobil qurğuları dəstəkləyən Elektron İmza Sertifikat Xidmətləri Mərkəzinin yaradılmasıdır. Bu mərkəzin yaradılması elektron hökumətdən mobil hökumətə keçidinin əsasıdır.

 Tədbirdə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov və Estoniyanın Azərbaycandakı səfiri Miko Halyas yeni layihənin əhəmiyyətini qeyd ediblər.

 «Azərbaycanın Elektron Avropaya inteqrasiya olunması» mövzusunda təqdimatla çıxış edən Avropa Şurası Parlamentinin üzvü xanım Kristina Oiland isə layihənin əhəmiyyətini vurğulayaraq bildirib ki, belə addımlar Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin daha da dərinləşdirilməsinə xidmət edir.

Vətəndaşlara Xidmət üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov «Elektron xidmətlərin inkişafında Asan İmzanın rolu», Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev «Asan imza Azərbaycan sahibkarlarına nə vəd edir», Vergilər Nazirliyi Hüquq İdarəsinin rəisi Samirə Musayeva «Vergilər Nazirliyinin Sertifikat Xidmətləri Mərkəzi – yeni mobil xidmət imkanları» mövzusunda təqdimatlarla çıxış ediblər.

Tədbirdə yerli və xarici sahibkarlar, beynəlxalq təşkilatlar, dövlət və qeyri-hökumət qurumları, həmçinin KİV nümayəndələri iştirak ediblər. (APA)

ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.