Previous Next
Bağla

Bakıda I Avropa Oyunlarının bağlanış mərasimi keçirilib-Video

28-06-2015 23:50
Bakıda I Avropa Oyunlarının bağlanış mərasimi keçirilib-Video
Bakı 2015 I Avropa Oyunlarının rəsmi bağlanış mərasimi başa çatıb.

Xeberler.az məlumat verir ki, bağlanış mərasimi bu gün saat 21:00-da Bakı Olimpiya Stadionunda başlayıb.

Səhnədə Qız qalası ucalıb, qalanın ən yüksək zirvəsindən İçərişəhərin divarları arxasında Simurq quşu əfsanəsində vəd edilən oyanışı gerçəkləşdirərək simasını dəyişən şəhər -  Bakı, “Alov qüllələri” görünüb.

Bağlanış mərasimində şeypurun sədaları Azərbaycan prezidenti İlham Əliyevi, “Bakı 2015”: I Avropa Oyunları Təşkilat Komitəsinin sədri, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanı və Avropa Olimpiya Komitəsinin sədri Patrik Hikkini salamlayıb. Bakıyadək bütün qədim məkanları diyar-diyar dolaşan xalça ilmələri stadionun ekranlarında canlanıb. Geriyə sayım sıfıra çatdığı an xor dövlət himnini yeni simfonik aranjmanda ifa edib və Azərbaycan bayrağı yüksəlib.

 

Şounun “Transformasiya” adlanan hissəsi Azərbaycan musiqisi, rəqsi və memarlığının müasirliyin enerji və gücü ilə zənginləşdirilmiş ənənələrini tərənnüm edib. Bu epizod 500-dən çox rəqqasənin ifası və heyranedici səhnə effektləri ilə səciyyələnib. Sonra idmançıların paradı ilə bağlı hissə başlayıb, 50 uşaq “Çal-oyna” xalq mahnısını xorla oxuyub, 17 gün ərzində arenalarda mübarizə aparmış 50 dövlətin atletləri səhnəyə çıxıb. Daha sonra Mehriban Əliyeva və Patrik Hikki nitq söyləyib. Bağlanış mərasimində gəncliyin enerjisinin nümayişi ilə bağlı 500 nəfərdən artıq ifaçı arasında hop-hop rəqqasları və havada heyrətamiz şou göstərən akrobatlar səhnəyə çıxıb.

Növbəti mərhələdə 17 gün davam edən I Avropa Oyunlarının əsas məqamları stadionun ekranlarında nümayiş etdirilib. Səhnədə dörd qülləsindən də alov ucalan Atəşgah məbədinin maketi qurulub, Elnur Mikayılov kasanın işığı altında kamançanı “dilləndirib” və Lamiyə Kərimova ifası ilə onu yanına çağırıb. Qum rəssamı sehrli Simurq quşu əfsanəsindən olan obrazları çəkib və onlar sanki möcüzəli şəkildə səhnədə canlanıb. “Alovun söndürülməsi” hissəsində Avropa Oyunları alovunun söndürüldüyü an 17 günün kulminasiya nöqtəsi olub. Kasanın alovu yavaş-yavaş sönüb və möhtəşəm atəşfəşanlıq Bakı səmasını bəzəyib.

 

Elektronika rəqs musiqisi prodüseri və dj Qarnet Emeri də səhnəyə çıxıb, “Brit” mükafatı nominasiyasına layiq görülmüş “Glean Bandit” musiqi qrupu “Real Love”, “Stronger” musiqilərini və “Rather be” beynəlxalq himnini, soul-pop musiqisinin şöhrətli simalarından Con Nyuman “Blame”, “Gold Dust” və “Love Me Again” mahnısını ifa ediblər.

Sonda möhtəşəm atəşfəşanlıq olub, bununla da, I Avropa Oyunları başa çatıb.

 

Xeberler.az

 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Olimpiya Stadionunda I Avropa Oyunlarının rəsmi açılış mərasimi keçirildi - Video

12-06-2015

I Avropa Oyunlarının Açılış mərasimini canlı izləmək mümkün olacaq

08-06-2015

Çində Avropa Oyunlarının açılış mərasimi canlı yayımlanıb

13-06-2015

“Seven Network” televiziya kanalı ilk Avropa Oyunlarının son yayım tərəfdaşı oldu

14-04-2015

Avropa Oyunları Yaponiyanın İnternet televiziyasında

09-06-2015

Bakı 2015 Avropa Oyunlarının reklamı Almaniyanın ictimai nəqliyyatında

12-06-2015

ABŞ-da Avropa Oyunlarının poçt markası hazırlanıb

09-06-2015

Sosial şəbəkədə ən çox bəyənilən fotoşəkil “Bakı 2015”-in qalibi seçiləcək

30-05-2015

Bakı 2015-in atributları satışa çıxarılıb

13-08-2015

“Bakı 2015”-in Açılış mərasiminə biletlərin hamısı satılıb

10-06-2015

Avropa Oyunlarının qalibləri Azercell-də qonaq olub

03-07-2015

Azərkosmos Bakı 2015-in rəsmi peyk yayım təchizatçısı oldu

16-04-2015

CTV Oyunlarla bağlı reportaj hazırlayıb

10-06-2015

Bakı-2015 Avropa Oyunlarının informasiya təminatı sistemi yaradılır

19-04-2015

“Bakı 2015” ilə bağlı paylaşımlar İnstagram-da rekord həddə çatdı

15-06-2015

“Aqro Data” layihəsinin bağlanış mərasimi keçirilib

20-04-2022

Nazirlik Bakcell-i fəxri fərmanla təltif etdi

07-07-2015

Rumıniyanın milli xəbər agentliyi Avropa Oyunları ilə bağlı xüsusi rubrika açıb

12-06-2015

Twitter-də Oyunlara dəstək olanlar mükafatlandırılıb

12-06-2015

Avropa Oyunlarının İKT təminatına görə nazirə təşəkkür

30-06-2015

Atletlər kəndində yeni poçt şöbəsi istifadəyə verilir

19-05-2015

Avropa Oyunlarına görə iş vaxtları dəyişdi

30-04-2015

Azercell Uşaq Paralimpiya İdman Oyunlarına dəstək olub

12-12-2017

Avropa Oyunları ilə bağlı Bakıda optik kabel infrastrukturu yaradılıb

23-04-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə