Bakıda “Telekommunikasiya və informasiya texnologiyaları” konfransı keçirilib

05-11-2009 / 15:20

Bu gün Bakıda BakuTel-2009 çərçivəsində “Telekommunikasiya və informasiya texnologiyaları” mövzusunda konfrans keçirilib.

Konfransın açılışında giriş sözü ilə Azərbaycan rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə çıxış edib.

Bu cür konfransların keçirilməsinin vacibliyini qeyd edən nazir müavini tədbirin nəinki Azərbaycanda həmçinin bütün regionda informasiya-kommunikasiya texnologiyaları sektorunun inkişafı istiqamətində böyük rol oynadığını bildirib.

“Konfrans təqdim olunmuş həllər istiqamətində geniş müzakirələr keçirməyə imkan yaradır. Azərbaycanı həyata keçirilməsi zaman tələb edən iri layihələr gözləyir”, - deyə E.Vəlizadə bildirib.
Tədbirdə həmçinin BMT İnkişaf Proqramının Avropa və MDB ölkələri üzrə regional bürosunun direktorunun müavini Cens Vandel çıxış edib.

Dövlət məmurları, yerli və xarici İT-şirkətlərin nümayəndələri, eləcə də ekspert və analitiklərin iştirak etdiyi konfransda informasiya texnologiyaları, mobil və stasionar rabitənin inkişaf aspektləri müzakirə olunub. Xüsusi sessiya nanotexnologiyaların bəşəriyyətin tərəqqisində ən perspektivli istiqamətlərdən biri kimi inkişafına həsr olunub.

Biznesin inkişafı üçün İT-həllərə üzrə sessiya çərçivəsində Microsoft, R.I.S.K, Caspe, Sinam, BM Technologies və Ultra şirkətlərinin nümayəndələri bu sahədə görünüşlərinə dair məruzələrlə çıxış ediblər.

Bundan əlavə tədbir iştirakçıları Azərbaycanın mobil və stasionar rabitə bazarındakı vəziyyətə dair müzakirələr edib, internetə mobil genişzolaqlı çıxış bazarının formalaşması və yeni texnologiyalar, xüsusən də 3G-nin tətbiqi üzrə məsələlər ətrafında fikir mübadiləsi aparıblar. 

Konfrans zamanı Yaponiya və Türkiyənin tanınmış universitetlərindən alimlərin nanomaterialların tibdə, eləcə də elektronikada istifadə perspektivlərinə həsr olunmuş məruzələri dinlənilib. Burada həmçinin Azərbaycan alimləri də özlərinin elmi işləri və araşdırmaları ilə bölüşüblər.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə