“Bakıelekrtikşəbəkə” abonentlərinə müasir texnologiya təqdim edəcək

23-02-2009 / 18:45


“Bakıelekrtikşəbəkə” ASC yeni sensorlu terminal əl aparatlarının istifadəsinə başlayıb. “Bakıelekrtikşəbəkə”-dən SİA-ya verilən məlumata görə, əhali qrupu abonentlərinin sərfiyyat dövrü ərzində istifadə etdikləri elekrtik enerjisi haqqında təqdim olunan bildirişlər artıq yeni aparatlar tərəfindən hazırlanır.

Yeni terminal əl aparatlarının öncəki indeksor aparatlarından bir çox mühüm fərqi var və onlar ən son texnoloji proqramlarla təchiz olunub. Belə ki, bu aparatlarda GPRS vasitəsilə abonentlərin sayğac məlumatlarının dərhal bazaya daxil edilmək imkanı var. Eyni zamanda, yeni terminal əl aparatlarına qurğu əlavə edilməklə abonentlərə kredit kartı vasitəsilə ödəmə aparmaq imkanı da yaradılacaq.

Əvvəlki aparatlardan fərqli olaraq yeni terminal əl aparatlarında tətbiq olunan proqramlar “Bakıelektrikşəbəkə” ASC-nin Texnoloji İnformasiya İdarəsinin mütəxəssisləri tərəfindən hazırlanır ki, bu da lazım olduqda aparılan dəyişiklərin operativ həll edilməsində müstəsna rol oynayır. Yeni terminal əl aparatlarının digərlərindən üstün edən cəhətlərindən biri də hesabatların əhali abonent qrupu ilə yanaşı qeyri-əhali abonent qrupuna da tətbiq edilə bilməsidir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə