“Bakutel-də 10 mindən çox ziyarətçi olacaq”

01-12-2015 / 12:23

“Bu il sərgidə həm qlobal , həm də yerli şirkətlərin  maraqlı texnologiyalarının təqdimatı olacaq. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) də pavilyonu da sərgidə nümayiş olunacaq”.

Xeberler.az-ın məlumatına görə, bunu rabitə və texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bu gün Bakutel ilə bağlı təşkil edilən sərgidə deyib.

Onun sözlərinə görə, nazirliyin pavilyonunda elektron hökümət quruculuğu, nüvə tətdiqatları sahəsinin mərkəzi ilə, ümumiyyətlə bu sahədə son zamanlarda olan yeniliklər barədə bağlı məlumat veriləcək.

Elmir Vəlizadə deyib ki, sərgidə ziyarətçilər üçün müsabiqə və  təlimlərin keçirilməsi də nəzərdə tutulur. Belə ki, elektron hökumətlə bağlı müsabiqə keçiriləcək,  qaliblər müəyyənləşəcək.

Həmiçinin İT mütəxəssisləri də yarışları baş tutacaq. Belə ki, Azərbaycanın İT-mütəxəssisləri Cisco şirkətinin keçirdiyi beynəlxalq Cisco IT Battle (it-battle.com) müsabiqəsində iştirak edəcək.

Həmçinin sərgi çərçivəsində müxtəlif  konfransların da təşkil ediləcəyi də gözlənilir. 

Nazir müavini bildirib ki, sərgidə 10 mindən çox ziyarətçi olacağı gözlənilir.

 

Məltəm Talıbzadə 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə