Məlumat verdiyimiz kimi, 29 noyabr -2 dekabr tarixində Bakıda 22-ci Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları – Bakutel 2016 sərgi-konfransı keçiriləcək.
Saytımız tərəfindən mütəmadi olaraq Bakutel sərgisi barədə məlumtlar yayımlayırıq. Son məlumata görə, builki sərgidə Azərbaycan, Türkiyə, Rusiya, ABŞ, Fransa, Avstriya, İran, Belarus, Xorvatiya, İsrail Ukrayna və digər ölkələr mili povilyonla təmsil olunacaq. Hazırda sərgi ilə bağlı son tamamlama işləri görülür.
Xeberler.az olaraq Bakutel sərgisinə hazırlıqla, görülən işlərlə yaxından maraqlandıq. Məlumdur ki, bu sərgi müntəzəm olaraq hər il keçirilir. Bəs Bakutel sərgisinin ziyarətçilərini bu il hansı yeniliklər gözləyir, şirkətlərin stendləri necə təşkil olunur? Ümumiyyətlə, Xəzər regionunda ilk və ən böyük İKT sərgisi olan Bakutel sərgisi ölkəmizə hansı töhfələri verir?
Bakutel-in təşkilatçıları qismində Iteca Caspian və Caspian Event Organisers (СЕО) şirkətləri çıxış edirlər.
Bakutel sərgisinin layihə rəhbəri Zivər Məmmədova hazırlıq işləri və bu il gözlənilən yeniliklər barədə ətraflı məlumat verib.
“Hazırda sərgi ilə bağlı işlər yekunlaşmaq üzrədir”
Zivər xanımın sözlərinə görə, ötən ilki sərginin 2-ci günündən başlayaraq artıq sərgiyə hazırlıqlar başlayıb:
“Hazırda yekun mərhələdəyik. Bakutel-in açılış günü üçün bütün işlər tamamlanmaq üzrədir. Bildiyiniz kimi, hər bir sərgiyə hazırlıq demək olar ki, bir il ərzində davam edir. Sərgi bitən kimi keçiriləcək sərginin iştirakçılarını toplamağa başlayan sərgilərdən biridir. Bir sıra şirkətlər sərgidəki yerlərini dərhal növbəti il keçiriləcək sərgiyə yazılırlar. Bundan başqa, əksər şirkətlər il ərzində bizə müraciət edir və biz də onlarla fəal iş aparırıq”.
Zivər Məmmədova il ərzində sərgi ilə bağlı həm yerli, həm də xarici şirkətləri mütəmadi məlumatlandırdıqlarını diqqətə çatdırıb:
“Bu il Dell şirkəti ilk dəfə sərgidə iştirak edir”
Onun sözlərinə görə, aparıcı və yerli şirkətlərin bu il sərgiyə qatılacağı gözlənilir. Onların arasında Dell, Microsoft, HP kimi beynəlxalq şirkətlər də var:
“Azərbaycan, Rusiya, Fransa, ABŞ və digər ölkələri təmsil edən şirkətlər sərgidə iştirak edəcəklərini təsdiqləyiblər. Onların 40 faizi Bakutel sərgisinin daimi iştirakçılarıdır. Təmsilçilər arasında aparıcı İKT şirkətləri, Azərbaycanın mobil-rabitə operatorları, internet provayderləri, sistem inteqratorları və tanınmış brendlərin distribütorları yer alır. Bu il Dell şirkəti ilk dəfə sərgidə iştirak edir”.
“Şirkətlər sərgiyə az qalmış yeni məhsullarını elan edəcək”
Şirkət nümayəndəsi deyir ki, sərgidə İT şirkətlər arasında ciddi rəqabət olur. Belə ki, iştirakçılar sərgiyə çox fəal hazırlaşırlar ki, stendlərinə daha çox ziyarətçi cəlb edə bilsinlər:
“İştirakçılar sərgiyə çox fəal hazırlaşırlar ki, stendlərinə daha çox ziyarətçi cəlb edə bilsinlər. Bütün şirkətlər də il boyu sərgiyə hazırlaşır. Onlar stendləri, yenilikləri, sərgidə təqdim olunacaq məhsulları üzərində çalışırlar. Bu il də şirkətlər sərgiyə az qalmış təqdim edəcəkləri yeni məhsullarla bağlı geniş ictimaiyyətə ətraflı məlumat verəcək”.
"Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yeni məhsullarını təqdim edəcək"
Zivər Məmmədova Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sərgiyə böyük dəstək göstərdiyini vurğulayıb:
“Bakutel sərgisinə göstərdiyi çox böyük dəstək və diqqətə görə Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə dərin minnətdarlığımızı bildiririk. Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) kimi beynəlxalq təşkilatların dəstəyi, eləcə də Ümumdünya Sərgi Sənayesi Assosiasiyası (UFI) tərəfindən verilmiş keyfiyyət nişanı “Bakutel” sərgisinin beynəlxalq nüfuzunu bir daha təsdiq edir. Həmçinin Azərbaycanda keçirilən bütün sərgiləri dəstəkləyən Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasına (ASK) bizimlə əməkdaşlıq etdiklərinə görə və göstərdikləri dəstək üçün təşəkkür edirik. Sərgidə Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə iştirak edən bir sıra ölkələrin milli stendləri təqdim olunur. Həmçinin nazirliyin pavilyonunda rabitə, poçt, elektron hökumət sahələrində həyata keçirilmiş yeni layihələr, maraqlı həllər nümayiş olunacaq”.
"Sərgidə bütün pavilyonlar pulsuz Wi-Fi ilə təmin ediləcək"
Onun sözlərinə görə, sərgi çərçivəsində “Gözdən əlil uşaqlar üçün səsli kitabxana”, “Muzeylərin rəqəmləşdirilməsi” “Google art project” layihələrinin təqdimatı, startapların geniş iştirakı baş tutacaq. Eyni zamanda, sərgi çoxsaylı konfrans və forumlarla müşayiət olunacaq.
Məlumata görə, Bakutel-2016 sərgisinin qeydiyyat sponsoru AZERFON şirkəti, rəsmi sponsoru isə Eurodesign şirkətidir. Eurodesign şirkəti sərgi zamanı bütün pavilyonları pulsuz Wi-Fi ilə təmin edəcək.
Qeyd edək ki, bəzən belə fikirlər səslənir ki, müasir dövrdə sərgi formatı artıq aktuallığını itirib.
"İKT bazarında rəqabət gündən-günə çoxalır"
Bu fikirlə razılaşmadığını bildirən şirkət rəsmisinin sözlərinə görə, əksinə, sərgi formatı hazırda daha əlverişli modeldir:
“Onlayn biznesin ən müxtəlif formalarının inkişafına baxmayaraq, ixtisaslaşdırılmış sərgilər, əvvəllər olduğu kimi, hələ də məhsulların ən təsirli reklamı və istehsalçıdan bazara aparan ən qısa yoldur. Dünya statistikası təsdiq edir ki, şirkətlərin əksəriyyəti satış həcminin 40 faizini məhz sərgilərin hesabına əldə edir və sərgilər şirkətin özünü ciddi işgüzar tərəfdaş kimi bəyan etməsi, öz məhsulunun rəqabətədavamlılığını qiymətləndirməsi və onu maraqlandıran sahədə perspektivli ixtiralarla tanış olması üçün gözəl bir imkandır. Məhz məhsulların, xidmətlərin, avadanlıqların nümayiş etdirilməsi sərgini digər vasitələrdən fərqləndirir və məhz sərgilərdə avadanlıq və qurğuların necə işlədiyini yaxından görmək, onlara toxunmaq və mütəxəssisdən ətraflı məlumat əldə etmək mümkündür. İnternet isə məhsul haqqında yalnız mücərrəd təsəvvür əldə etmək imkanı yaradır. Digər bir tərəfdən, indiki zamanda İKT bazarında rəqabət gündən-günə çoxalır. Hamı öz məhsulunu təqdim etməyə çalışır. Ona görə də sərgi formasını saxlamaqla bəzi yeniliklər əlavə etməyi nəzərdə tuturuq”.
"Sərgilər müəssisənin marketinq strategiyasında xüsusi yer tutur"
Zivər Məmmədova vurğulayıb ki, sərgilər innovasiyalar və ən yeni texnologiyalar aləmi üzrə bələdçi olmaqla yanaşı, həmçinin dünyanın hər tərəfindən sənayenin aparıcı iştirakçıları ilə görüşməyə kömək edərək onlarla, habelə onların məhsul və xidmətləri ilə tanış olmağa və həmin iştirakçılarla əl sıxıb onların uğurlu tərəfdaşlarından birinə çevrilməyə imkan yaradacaq:
“Sərgilər müəssisənin marketinq strategiyasında xüsusi yer tutur. Heç bir kommunikasiya vasitəsi fərdi surətdə bu cür istifadə oluna bilməz və heç bir yerdə insana verilmiş bütün beş hissdən (görmə, eşitmə, dadbilmə, iybilmə, və lamisə) istifadə edərək müştəridə informasiyanın əldə edilməsinə olan ehtiyacı yaratmaq və ya artıq mövcud olan ehtiyacı təmin etmək üçün, müştəri ilə bu cür birbaşa ünsiyyət yaratmaq mümkün deyil.”.
Məltəm Talıbzadə
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri