Previous Next
Bağla

Bakutel Tech Talks : maraqlı şəxslər ilə görüşmək fürsətini əldən qaçırmayın

30-11-2018 16:41
Bakutel Tech Talks :  maraqlı şəxslər ilə görüşmək fürsətini əldən qaçırmayın

Cari ilin 5-6 dekabr tarixində mütəmadi olaraq hər il keçirilən “Bakutel” sərgisi Bakı Ekspo Mərkəzində ilk dəfə olaraq “Bakutel Tech Talks” layihəsini – sənaye sahəsində fikir formalaşdıran nüfuzlu şəxslər ilə müzakirələr üçün müasir təmayüllü platformanı təqdim edəcək.

Xeberler.az  bildirir ki, 5 dekabr tarixində “Bizimkilər” sessiyasını idarə edən, İctimai TV-nin tanınmış aparıcısı Vüsalə Səid Bakutel Tech Talks proqramının açılışını edəcək. Sessiyanın adını şərtləndirən amil dünyaca məşhur olan xarici İT şirkətlərində çalışan həmvətənlərimizin spikerlər qismində çıxış etməsi ilə bağlıdır. “Bizimkilər” sessiyasının məqsədi tədbirə toplaşan auditoriyanı nəhəng beynəlxalq İT şirkətlərinin təcrübəsi, eləcə də sənaye yenilikləri və istehsal sirləri ilə tanış etməkdir

Daha sonra “Kompyuter obrazlarının tanınması üzrə kompleks təlim” barədə danışmaq üçün söz Zaur Fətəliyevə (Baş mühəndis, LG Electronics, Koreya) veriləcək. Elçin Əsgərli (Proqram təminatı üzrə mühəndis, Google, ABŞ) “Müasir
kompleks proqram təminatı mühəndisliyi” məruzəsi isə, Maral Qurbanzadə (Tədqiqatçı, “LIACS” İnstitutu ​​(Leyden Kompyuter Elmləri İnstitutu)​, Niderland Krallığı) “Sosial robotlar, onların layihələndirilməsi üzrə təmayüllər, eləcə də sosial robotların qlobal bazara daxil edilməsinin mümkün nəticələri” mövzusu ilə, Tağı Əliyev (Tam ştatlı doktorant, “CERN” (Avropa Nüvə Tədqiqatları Təşkilatı)), “Süni İntellekt Tibbdə və Elmdə: Bilinən bilinməyənlər, süni intellektin məhdudiyyətləri və mümkün gələcəyi”maraqlı çıxışı ilə.

Bu sessiyanı Rüstəm Həşimovun (Proqram təminatı üzrə baş mühəndis, Facebook, ABŞ) “Onlayn platformalarda individual tövsiyə sistemləri: Müasir dövrdə proqram təminatının işlənib hazırlanması və onun nəticələri üzrə praktiki nümunənin araşdırılması”məruzəsi ilə yekunlaşacaq.

6 dekabr tarixində “Tech Talks” proqramı “Baxış bucağınızı bizimlə İT-iləyin” şüarı altında panel müzakirələr ilə davam edəcək Burada əsas ideya teleradio yayım, nəqliyyat, təhsil və turizm kimi müəyyən sahələrdə tələb olunan İT texnologiyalar və həll variantlarıdır. Tədbirin məqsədi rəqəmsal innovasiyaların istehlakçıları və təchizatçıları arasında dialoq qurmaqdır. Birinci mövzu ilə televiziya texnologiyalarının inkişaf vektorlarına toxunulacaq. Sessiyanın moderatoru qismində AvtoStop layihəsinin müəllifi Tural Yusifov, müzakirələrdə isə KATV1 Yeni Layihələrin Gəlişdirməsi Şöbəsinin Müdürü Əli Əliyev çıxış edəcək.

Daha sonra müzakirələr aşağıdakı spikerlərin iştirakı ilə “Nəqliyyat sahəsində İT texnologiyaları” paneli çərçivəsində aparılacaq: Ramin Bayramov – İnformasiya Təhlili və İnformasiya Texnoloqiyaları Şöbəsinin Müdiri, Dövlət Avtomobil Nəqliyyatı Xidməti, Ağacan Abbasov – Təsisçi, 189 Taxi Xidməti Növbəti “Təhsil sahəsində İT texnologiyaları” adlı panelin moderatoru Cavid İsmayılovdur. Burada əsas spikerlər: Tatyana Mikayilova – Həmtəsisçi, Edutainment.az, Araz Yusubov – İnformasiya texnologiyaları və mühəndislik fakültəsinin dekanı, ADA, Vüsal Xanlarov – Təhsil Sisteminin İnformasiyalaşdırılması idarəsinin rəisi, Azərbaycan Respublikası Təhsil Nazirliyi və Anar Məmmədov – Direktor müavini, Heydər Əliyev adına Müasir Təhsil Kompleksi.

Müzakirələr aşağıdakı şəxslərin çıxış edəcəyi “Turizm sahəsində İT texnologiyaları” paneli ilə yekunlaşacaq: İldırım Qəmbərov – Baş Direktor Müavini, Pasha Travel, Məhəmməd Muradov – Turizm Siyasəti şöbəsinin rəhbəri, Dövlət Turizm Agentliyi və Rüfət Bağırov – Direktor, Bakı Turizm İnformasiya Mərkəzi.

Elə həmin gün, yəni 6 dekabrda “Bakutel Tech Talks” öz işini “Startap-dan böyük biznesə” sessiyası ilə davam etdirəcək. Startap və gənc iş adamlarının dəvət olunduğu bu sessiyada təcrübəli məruzəçilər dinləyiciləri istənilən ideyanı reallaşdırmağın mümkün olması xüsusunda əmin etməyə çalışacaqlar. Sessiyanın ilk parlaq çıxışı biznesin qurulması və startapların işə başlaması sahəsində tanınmış ekspert, habelə iri investor və sahibkar, İsraildə bir neçə biznes-akseleratorların və beynəlxalq innovasiya mərkəzlərinin rəhbəri Tala Katranın məruzəsi olacaq. O, həm ən müxtəlif texnologiyalar sahəsində nəhəng yüksək texnoloji şirkətlərin, həm də ilkin mərhələdə olan startapların idarə edilməsi sahəsində böyük təcrübəyə malikdir.

Bu sessiyanın maraqlı məruzəçiləri arasında aşağıdakı şəxslər olacaq: Cavid Məmmədov, Direktor, Sumaks Technologies MMC, Fərid Pərdəşünas, Təsisçi, Technote Media və Hotbots Robotics, və PictoFy şirkətinin proqram təminatının işlənib hazırlanması üzrə gənc mütəxəssisi - Məqrur Rzayev.

Bütün məruzələrin əsas ideyası “startap” sisteminin necə işlədiyinin və ideyadan işlək olan biznesə qədər “startapların” düzgün qurulma qaydalarının izah edilməsidir. Bu sessiya ideyalar tapmaq, yoxlamaq və həyata keçirmək, onlardan qazanc əldə etmək, ideyaların paylaşılmasının əhəmiyyəti və ideyanın oğurlanmadan necə paylaşılacağı barədə məlumat almaq istəyən şəxslər üçün tapıntı olacaq. Sonda arzu edən hər kəs gənc layihəçiləri narahat edən təşkilatlanma, maliyyələşdirmə və digər məsələlər üzrə suallar verə bilər. “Bakutel Tech Talks” çərçivəsində maraqlı insanlar ilə görüş fürsətini əldən buraxmayın! “Bakutel Tech Talks” barədə daha ətraflı məlumat əldə edərək qeydiyyatdan keçmək üçün bu linkə daxil ola bilərsiniz: https://bakutel.az/az-TechTalks/

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bakutel Tech Talks tədbirinin Bizimkilər adlı sessiyası öz işinə başladı

06-12-2018

Bakutel-2018 bir sıra yeniliklərlə yadda qaldı

08-12-2018

Bakıda Mentor Talks tədbiri keçiriləcək

01-04-2018

Bakıda “BakuTel-2010” sərgisi açıldı

24-11-2010

Biznes, İnnovasiya, Rəqəmsal İnkubasiya və Müxtəliflik Forumu keçirilib

23-05-2025

Azərbaycanda YayFest təşkil olunub

19-07-2019

“BakuTel-2010” sərgisində İKT yeniliklərinin naviqatoru

21-11-2010

Bakutel 2015-də 200-dən artıq şirkətin iştirakı gözlənilir

14-09-2015

Bakutel çərçivəsində AWITA 2018 mükafatlarının təqdimat mərasimi keçiriləcək

28-11-2018

Azərbaycanda İKT sahəsində ən uğurlu qadınlar elan edildi

06-12-2018

Bakutel 2017-də hansı yeniliklər olacaq?

19-09-2017

Bu gün Tech Nights görüşü keçiriləcək

15-01-2015

Microsoft korporasiyası Bakutel 2018 sərgisində innovasiya texnologiyalarını təqdim edəcək

30-11-2018

“Gələcək üçün öyrən: Blokçeyn, Veb3 və Təhsil” mövzusunda 4SİM Talks tədbiri keçirilib

07-06-2024

RİNN və ABB birgə yeni layihəyə start verir

04-03-2022

Bakutel-də iştirak edəcək startaplar -Siyahı

20-10-2017

Bakutel-2018-ə həsr olunan mətbuat konfransı keçirilib

03-12-2018

“Yeni həyat: texnologiyalardan incəsənətə”

10-11-2014

Bakıda Bakutel 2008 sərgisi öz işinə başlayır

11-11-2008

Startaplar 25 min dollar uğrunda yarışacaq

13-10-2015

Azərbaycanın İT xanımları seçilib- Fotolar

27-01-2017

Prezident İlham Əliyev Bakutel-2015 sərgisi ilə tanış olub

02-12-2015

İKT qadınların boulinq üzrə ilk çempionatı keçirilib

14-03-2016

Bakıda Mentor Talks tədbiri keçirilib

24-04-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə