Previous Next
Bağla
REKLAM YERİ

Bank kartlarına kiber hücumlar edən şəbəkə üzvlərinə cəza istənilib

26-11-2025 18:36
Bank kartlarına kiber hücumlar edən şəbəkə üzvlərinə cəza istənilib

Xüsusi proqramlardan istifadə etməklə bank kartlarından oğurluqda və digər cinayətlərdə təqsirləndirilən Cavanşir Rüstəmzadə, Mehman Əsədov və Novruz Qulaminin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Xeberler.az məlumat verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Elvin Mirzəyev çıxış edib.

O, Cavanşir Rüstəmzadə və Mehman Əsədovun 10 il, Novruz Qulaminin isə 9 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

Təqsirləndirilən şəxslərin vəkilləri çıxış üçün məhkəmədən vaxt istəyiblər.

Növbəti proses dekabrın 3-nə təyin edilib.

Qeyd edək ki, ötən il iyul ayında Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində bank kartlarından xüsusi proqramlardan istifadə etməklə maddi vəsaitlər oğurlayan Cavanşir Rüstəmzadə, Mehman Əsədov və Novruz Qulami saxlanılıb.

Araşdırmalarla müəyyən olunub ki, M.Əsədov vətəndaşlara məxsus kartların məlumatlarını müxtəlif üsul və vasitələrlə əldə edib. Daha sonra o, kartlarda olan külli miqdarda pul vəsaitini Cavanşir Rüstəmzadə və Novruz Qulaminin adına açılmış hesablara köçürüb.

Həmçinin dəstə üzvləri həmçinin internet üzərindən onlayn maliyyə əməliyyatları aparan vətəndaşların ödəmə sistemlərindəki məlumat bazalarına da müdaxilə edərək onların rekvizitlərini əldə etməkdə təqsirləndirilir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bank kartlarından oğurluq etməkdə təqsirləndirilən Türkiyə vətəndaşı saxlanılıb

31-07-2025

Kibercinayətkarlıqda təqsirləndirilən şəxslərin məhkəməsi keçirilib

02-07-2025

Daha bir hakerimiz izini itirə bilmədi

20-05-2016

Onlayn qumar oyunları təşkil edən dəstənin məhkəməsi başlayıb

25-11-2025

Dələduzluq piramidasının admini olmaqda təqsirləndirilən şəxs məhkəmədə ifadə verib

20-06-2025

Bu gün RYTN-in sabiq yüksək vəzifəli əməkdaşlarının məhkəməsi başlayır

08-11-2016

“Telegram”da kiber üsullarla bank kartlarından oğurluq edən şəxs saxlanılıb

18-02-2025

İnternetdə qumar oyunu təşkil edənlərin işi məhkəməyə göndərilib

14-11-2025

AzinTelekom-un sabiq baş direktoru da azadlığa buraxıldı

27-07-2017

Vidadi Zeynalovun apellyasiya şikayəti üzrə məhkəmə olub

03-10-2017

İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanılıb

23-07-2025

İnternetdə qumar oyunları təşkil edənlər məsuliyyətə cəlb olunub

17-02-2025

Sosial şəbəkələrdə onlayn qumar təşkil edən daha bir dəstə ifşa olunub

11-02-2025

Din: Kiberdələduzluq edən haker şəbəkəsi ifşa olunub

19-03-2026

Vidadi Zeynalov 13 il müddətinə azadlıqdan məhrum edildi

27-07-2017

RYTN-in sabiq əməkdaşlarının məhkəməsi təxirə salınıb

06-10-2016

Aztelekom-un sabiq baş direktoru azadlığa buraxılıb

27-07-2017

RYTN-in sabiq əməkdaşlarının cinayət işi icraata verilib

18-10-2016

Əli Abbasov dövlətə vurulmuş ziyana görə 6,8 milyon manat ödəyib

16-11-2016

Bank kartlarından oğurluq edənlər saxlanılıb

14-10-2025

DTX tərəfindən həbs olunan hakerə hökm oxunub

03-06-2025

Onlayn qumar oyunları təşkil etməkdə şübhəli bilinən şəxslər saxlanılıb

16-01-2026

Sosial şəbəkələrdə profillərə haker hücumlar edən şəxs ifşa olunub

03-09-2025

Həftəsonu bank kartlarından 18 minə yaxın pul oğurlanıb

21-04-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə