BANM-in rektoru “Kiber Suverenlik” konfransında iştirak edib

27-05-2025 / 15:47

BANM-in rektoru Elmar Qasımov Naxçıvan şəhərində Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının və Milli Kibertəhlükəsizlik Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “Kiber Suverenlik” konfransında iştirak edib.

Xeberler.az bildirir ki, konfransın açılış mərasimində çıxış edən Elmar Qasımov kibertəhlükəsizlik sahəsində milli maraqların qorunması, texnoloji müstəqilliyin gücləndirilməsi və bu istiqamətdə elmi-tədris müəssisələrinin rolu ilə bağlı fikirlərini bölüşüb.

Qeyd edək ki, konfransın əsas məqsədi ölkənin kibertəhlükəsizlik ekosisteminin inkişafına töhfə verən dövlət qurumları, özəl sektor nümayəndələri və ekspertlərlə birgə kiber suverenlik mövzusunda dərin müzakirələrin aparılmasıdır.

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə