Elektron Təhlükəsizlik Xidmətinin (ETX) rəis müavini Elvin Şahverdiyev Qazaxıstanın Almatı şəhərində keçirilən “KazHackStan 2025” kibertəhlükəsizlik konfransında iştirak edib.
Xeberler.az məlumat verir ki, konfrans çərçivəsində kibertəhlükəsizlik sahəsində qarşılıqlı əməkdaşlığın gücləndirilməsi, beynəlxalq təcrübə mübadiləsi, yeni tendensiyaların müzakirəsi və qabaqcıl texnologiyaların təqdimatı istiqamətində faydalı müzakirələr aparılıb.
Dünyanın müxtəlif ölkələrindən olan 6000-dən çox iştirakçının qatıldığı tədbir kibertəhlükəsizlik sahəsində məlumat mübadiləsinə, uğurlu təcrübələrin paylaşılmasına, əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsinə töhfə verib.
Qeyd edək ki, Rəqəmsal İnkişaf, İnnovasiyalar və Aerokosmik Sənaye Nazirliyinin İnformasiya Təhlükəsizliyi Komitəsi və Kiberhücumların Təhlili və Araşdırılması Mərkəzinin (TSARKA) birgə təşkilatçılığı ilə təşkil edilən “KazHackStan” Mərkəzi Asiyanın ən böyük praktik kibertəhlükəsizlik konfransıdır. Hər il təşkil edilən bu tədbir aparıcı ekspertləri, innovatorları, biznes nümayəndələrini və dövlət rəsmilərini bir araya gətirir. Konfransın əsas missiyası informasiya təhlükəsizliyi sahəsində dialoqu təşviq etmək, ən son tədqiqatların təhlilini aparmaq və innovativ həllərin təqdimatını təmin etməkdir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları